Rusiyanın cənubunda 200-ə yaxın “donuz qripi”nə yoluxma halı qeydə alınıb

19-01-2016, 14:25 733 dəfə baxılıb

Rusiyanın cənubunda 200-ə yaxın “donuz qripi”nə yoluxma halı qeydə alınıb


















H1N1 virusuna yoluxan pasientlərin 20%-i uşaqlardır

Krasnodar vilayətində və Adıgey respublikasında cari ilin əvvəlində 200-ə yaxın “donuz qripi” xəstəliyinə yoluxma halı qeydə alınıb, RİA Novosti məlumat yayıb.

azinfo.tv xəbər verir ki, “Rospotrebnadzor”un Adıgey respublikası üzrə regional idarəsinin mətbuat xidmətindən qeyd ediblər ki, ayın ilk həftəsi ərzində “donuz qripi”nə 21 yoluxma hadisəsi aşkar edilib.

Yanvarın ikinci həftəsində Adıgey respublikasında 1206 kəskin respirator və qrip xəstəliyi qeydə alınıb, onlardan 74-ü “donuz qripi”nə yoluxmadır. H1N1 virusuna yoluxan pasientlərin 20%-i uşaqlardır.

“İlin əvvəlindən 90-dan çox “donuz qripi”nə yoluxma hadisəsi qeydə alınıb. Qrip və KRX-ə yoluxma əyalətdə epidemik səviyyədədir”, - “Rospotrebnadzor”un Krasnodar vilayəti üzrə regional idarəsində bəyan ediblər.

Daha öncə Dağıstanda “donuz qripi”ndən beş adamın öldüyü məlum olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR