Azərbaycanlı futbolçular Avropa çempionatının finalında - VİDEO

17-07-2015, 13:27 961 dəfə baxılıb

Azərbaycanlı futbolçular Avropa çempionatının finalında - VİDEO


















Ramil Şeydayev turnirdə 12-ci qolunu vuraraq rekorda imza atıb

Azərbaycanlı futbolçular Ramil Şeydayev və Ayaz Quliyev gənclər arasında (U-19) Avropa çempionatının finalında oynayacaqlar.

azinfo.tv xəbər verir ki, hər iki futbolçu Rusiya yığmasının şərəfini qoruyur.

Yarımfinal mərhləsində şimal qonşularımız meydan sahibi Yunanıstan yığmasını 4:0 hesabı ilə darmadağın ediblər.

Oyunda 3-cü qolu Ramil Şeydayev penalti zərbəsindən vurub. Həmçinin o bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bu Ramilin turnirdə vurduğu 12-ci qol idi və o gənclər arasında (U-19) Avropa çempionatının rekordunu yeniləyib.

Qeyd edək finalda Rusiya yığması qrup mərhələsində 3:1 hesabı ilə qalib gəldiyi İspaniya ilə qarşılaşacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR