Yer kürəsinə 5,4 trilyon dollarlıq asteroid yaxınlaşır

19-07-2015, 10:24 869 dəfə baxılıb

Yer kürəsinə 5,4 trilyon dollarlıq asteroid yaxınlaşır
















Səma cisminin nüvəsində 100 milyon ton platin var

Bu gün Yer kürəsinə maksimal yaxın məsafədə “2011 UW-158” adlı asteroid keçəcək.

azinfo.tv The Daily Mail-ə istinadən xəbər verir ki, astronomlar müəyyən ediblər ki, səma cisminin nüvəsində 100 milyon ton platin və digər qiymətli minerallar var. Ümumilikdə asteroid 5,4 trilyon dollar qiymətində dəyərləndirilib.

Diametri 600 metr olan asteroid Yer kürəsindən 2,4 milyon kilometr məsafədə keçəcək — bu Yerlə Ayın arasındakı məsafədən 6 dəfə çoxdur.

Qeyri-adi asteroidin ilk ətraflı şəkilləri bir neçə həftə əvvəl Puetro-Rikonun Aresibo rəsədxanasının alimləri tərəfindən qeydə alınıb. Kanar adalarında olan “Slooth” adlı rəsədxana isə asteroidin keçməsini birbaşa internetlə yayımlayacaq.

“Planetary Resources” adlı dağ-mədən şirkəti bəyan edib ki, gələcəkdə bu asteroidin üzərindəki qiymətli metalların hasilatını aparacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR