ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

3-03-2016, 12:22 618 dəfə baxılıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı














Vaşinqton öz siyahısını yeniləyib

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini Ukraynadakı hadisələrlə əlaqədar uzadıb.

Bu barədə Ağ evin məlumatında bildirilib.

Qeyd edildiyi kimi, əvvəlki fərmanlarda göstərilən davranış və siyasət ABŞ-ın milli təhlükəsiziliyi və daxili siyasəti üçün təhlükə doğurmağa davam edir.

“Mən 13660 saylı fərman ilə elan edilmiş fövqəladə vəziyyəti bir il müddətinə uzadıram”, - sənəddə deyilir.

Keçən ilin sonunda Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib.

Siyahıya 34 fiziki və hüquqi şəxs düşüb.

Siyahıya, həmçinin VTB və “Sberbank”ın törəmə bölmələri də daxil edilib. Bundan başqa, bu siyahıda “Sberbank”ın və VTB, eləcə də VTB24 bankının qeyri-dövlət təqaüd fondları da var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR