Azərbaycanlı pəhləvan qardaşlar Ukraynanı heyran qoydular - VİDEO
Sosial şəbəkələrdə 6 milyondan artıq baxış olub
Azərbaycanlı qardaşlar Laçın və Hüseyn Əbdülhüseynov Ukraynadakı “Ukraina mae talent” şousunda çıxış ediblər.
azinfo.tv xəbər verir ki, azərbaycanlı pəhləvanların çıxışı münsifləri şoka salıb. Onların çıxışlarının videosuna sosial şəbəkələrdə 6 milyondan artıq baxış olub.