30 yaşlı qəzet bağlandı - son sayı çap olundu

27-03-2016, 15:00 638 dəfə baxılıb

30 yaşlı qəzet bağlandı - son sayı çap olundu












İngiltərədə 30 ildir liberal və solçuların qəzeti kimi tanınan "The Independent" qəzeti bağlanıb. Məşhur qəzkt ötən gün sonuncu dəfə çapdan çıxıb

"The Independent" bu gündən sadəcə internet saytı kimi fəaliyyət göstərir. Qəzetin son manşetində "30 il boyunca riyakarlıqla, səhalətlə, despotlukla, yoxsulluqla, yalanla və şöhrət maqazini ilə mübarizə apardıq. Gördüyümüz işləri təqdir edirsinizsə, bizə qoşulun, internet vasitəsi ilə oxuyun" ifadələrinə yer verilib.

Qəzetin son sayında İngiltərənin baş naziri David Kameronun fikirləri dərc edilib: "The Independent"in son sayını görmək insanı məyus edir. 30 il ərzində bu qəzet hadisələrin nəbzini düşüncəli şəkildə tuta bilib. Bəlkə hər zaman eyni fikirdə deyildik, amma heç şübhəsiz ki, "The Independent" İngiltərədə azad mətbuatının ürəyində əhəmiyyətli bir rol oynadı".

Qeyd edək ki, qəzetin tirajı son dövrlər 40 minə düşmüşmüşdü. 2010-cu ildə rus milyarder Aleksander Lebedev simvolik olaraq 1 funt-sterlinliq ödəyərək "The Independent"i satın almışdı. Qəzet 2003-cu ildə ABŞ və İngiltərənin liderliyindəki koalisiya qüvvələrinin İraqı işğal etməsinə qarşı olan yazıları ilə diqqəti çəkmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR