Həmsədrlər Qarabağla bağlı hesabat təqdim edəcəklər

20-04-2016, 11:39 617 dəfə baxılıb

Həmsədrlər Qarabağla bağlı hesabat təqdim edəcəklər















Uorlik tvit yazdı

ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-də Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər.

Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

“Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyət və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, - deyə Uorlik qeyd edib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi hazırda ATƏT-də sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR