Roma və Milan küçələrində çinli polislər patrul xidməti həyata keçirəcəklər

3-05-2016, 12:19 567 dəfə baxılıb

Roma və Milan küçələrində çinli polislər patrul xidməti həyata keçirəcəklər















Onlar Çində qəbul edilmiş formanı geyinəcəklər

İtaliya hökuməti Roma və Milanda çinli polisləri patrul xidmətinə cəlb edəcək.

Bu barədə ölkənin daxili işlər naziri Ancelino Anfaro bildirib.

Onun sözlərinə görə, öz həmvətənlərindən olan patrul xidməti çinli turistlərin özlərini təhlükəsiz hiss etməsinə kömək edəcək.

“Eksperimentin keçirilməsində məqsəd Çindən olan turistlərin rahatlığını təmin etməkdir. Əgər uğurlu alınsa, biz ölkədəki Çin icmasını nəzərə alaraq əməkdaşlığın yeni formaları barədə düşünəcəyik”, - Anfaro bəyan edib.

Pekində italyan mütəxəssislərinin rəhbərliyi ilə təlim keçmiş polislər Çin vətəndaşlarının onları tanıya bilməsi üçün Çində qəbul edilmiş formalar geyinəcəklər. Patrul xidmətinin əməkdaşları zərurət olduğu təqdirdə, İtaliya hüquq-mühafizə orqanlarına informasiya verəcək və həmvətənlərinin yerli hakimiyyət nümayəndələri ilə əlaqə qurmalarına yardım edəcəklər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR