Bu qadınlar bütün şəhəri aldatdı

1-08-2015, 16:17 855 dəfə baxılıb

Bu qadınlar bütün şəhəri aldatdı

















Türkiyənin İzmir şəhərində son 1-2 həftədir küçədə qucağında uşaqla gəzən qadınlar peyda olub

azinfo.tv bu ölkənin mətbuatına istinadən xəbər verir ki, dilənən qadınların əsas özəllikləri uşaqların üzünü bağlı saxlamalarıdır.

Onlar qucaqlarındakı uşağın üzünü elə bağlayır ki, onlara yaxınlaşanlar belə üzünü görə bilmir. Onların bu qəribə hərəkətləri sakinləri narahat edib və polisə müraciət ediblər.

Polis qadınları yaxalamaq istəyəndə, onlar qucaqlarındakı uşağı yerə atıb qaçıblar.

Uşaqlara yaxınlaşan polis parçaya sarılmış uşaqların oyuncaq olduğunu müəyyən edib. Ötən gün polislər uşağın və öz üzünü gizlədərək dilənçilik edən daha bir qadın aşkarlayıb. 22 yaşlı qadın cərimələnəndən sonra sərbəst buraxılıb.

İzmir polisi insanları bu şəxslərə qarşı diqqətli olmağa və onlara pul verməməyə çağırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR