"Taliban" liderinin cəsədi qohumlarına təhvil verildi

1-06-2016, 11:01 531 dəfə baxılıb

"Taliban" liderinin cəsədi qohumlarına təhvil verildi












Pakistan Hökuməti "Taliban" liderinin cəsədini qohumlarına təhvil verib

"Pakistan" hökuməti Taliban lideri molla Əxtar Mənsurun cəsədini qohumlarına təhvil verib.

Bu barədə Əfqanıstanın daxili işlər naziri Çoudxri Nisar Əli Xan məlumat verib.

Bu cəsədin "Taliban" liderinə aid olmasının DNK analizləri ilə təsdiq olunmasından sonra baş verib. Cəsədin üzərindən Vəli Məhəmmədin adına sənədlərin tapılması onun şəxsiyyətinin müəyyən edilməsində problem yaradıb. Nazir bildirib ki, Əxtar Mənsurun ailəsi cəsədi sərhədin digər tərəfində qəbul edib.

DİN başçısı bildirib ki, indi ölkədə təhlükəsizliyin təmin edilməsi üçün 100 milyon şəxsiyyət vəsiqəsinin saxta olub-olmamasının yoxlanılmasına başlanılacaq.

Xatırladaq ki,Əxtar Mənsur mayın 21-də Pakistan ərazisində ABŞ-ın pilotsuz uçan aparatı tərəfindən öldürülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR