İstanbul aeroportunda güclü partlayışlar: 50 nəfər ölüb - YENİLƏNİB

29-06-2016, 09:13 569 dəfə baxılıb

İstanbul aeroportunda güclü partlayışlar: 50 nəfər ölüb - YENİLƏNİB















Hava limanının bütün giriş və çıxışlar bağlanıb

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 50 nəfərə çatıb.

Bu barədə RİA Novosti agentliyi xəbər yayıb.

Agentliyin digər xəbərinə görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var.

00:12

İstanbulun “Atatürk” beynəlxalq hava limanında partlayış və atışma nəticəsində, ilkin məlumata görə, 10 nəfər həlak olub.

“Milliyet” nəşrinin verdiyi xəbərə görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Hazırda “Atatürk” hava limanında təyyarələrin uçuşuna və enməsinə qadağa qoyulub.

28.06.2016 23:31

Türkiyənin İstanbul şəhərinin Atatürk adına aeroportunda partlayış baş verib.

Bu barədə TRT Haber telenakanalı məlumat yayıb.

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.

Bildirilir ki, partlayışdan sonra silah səsləri eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb.

Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.

Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

Hadisənin terror aktı olduğu bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR