Türkiyə xalqı Ərdoğana köməyə qalxdı, ordu əhaliyə atəş açdı - VİDEO

16-07-2016, 10:48 573 dəfə baxılıb

Türkiyə xalqı Ərdoğana köməyə qalxdı, ordu əhaliyə atəş açdı - VİDEO














Ölkənin bütün məscidlərində azan oxunmasına başlanılıb

İstanbulun Boğaz körpüsündə irəlilələmək istəyən bir qrupa atəş açılıb.

APA-nın verdiyi məlumata görə, 2 min nəfərlik qrupa ordu tərəfindən atəş açılıb. Yaralıların olduğu bildirilir.

Məlumata görə, İstanbulun bir çox yerində insanlar küçələrə çıxaraq orduya etiraz edirlər.

Ankarada Baş Qərargah qarşısında və İstanbul Polis İdarəsinin qarşısında əhalinin tankların üzərinə çıxaraq, hərbi çevrilişə etiraz etdiyi bildirilir.

Ərzurum, İzmir, Bursa, Balıkəsir, Yalova və digər rayon və şəhərlərdə də əhalinin küçələrə axışdığı bildirilir.

Türkiyənin bütün məscidlərində azan oxunmasına başlanılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR