Bu 16 nəfər Türkiyəni partladacaq – SİYAHI

10-08-2015, 14:18 881 dəfə baxılıb

Bu 16 nəfər Türkiyəni partladacaq – SİYAHI

















Türkiyənin Adıyaman vilayətinin polis idarəsi 16 nəfərlik kamikadze siyahısı hazırlayıb

azinfo.tv Türkiyə mediasına istinadən xəbər verir ki, siyahıdakı şəxslərin Diyarbəkr və Suruçda olduğu kimi terror aktları törətmə ehtimalı yüksəkdir.

Hazırlanan siyahı ölkənin bütün şəhərlərinin polis idarələrinə göndərilib. Siyahıdakı şəxslərin İŞİD terror təşkilatı ilə bağlı olduğu bildirilir.

Həmin şəxslərin adları aşağıdakılardır: Mustafa Dokumacı, Hacı Yusuf Kızılbay, Kasım Dere, Mahmud Qazi Dündar, Mehmet Mustafa Çevik, Ömər Dəniz Dündar, Yakub Aktulum, Mehmet İşık, Mehmet Taşar, Məhəmməd Zana Alkan, Ersal Ocaq, Mahmud Qazi Tatar, Rəcəb Yaman, Memet İşbar, Saleh Küçüktaş və Yunus Əmrə Alagöz. Sonuncunun Surucda terror aktı törədən Şeyx Əbdürrəhman Alagözün böyük qardaşı olduğu deyilir.

Türkiyə mediasının yazdığına görə, İŞİD-lə əlaqəli şəxslərin yer aldığı siyahının ilk dəfə hazırlanması diqqət çəkir. Daha əvvəllər Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və PKK terror təşkilatı ilə əlaqələri olduğu deyilən şəxslərin adları polis idarələrinə göndərilmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR