Rusiyanın ana müxalifət lideri əhalini Putinə qarşı meydanlara çağırdı

7-01-2018, 10:24 564 dəfə baxılıb

Rusiyanın ana müxalifət lideri əhalini Putinə qarşı meydanlara çağırdı














Rusiya Ali Məhkəməsi müxalifət lideri Aleksey Navalnının mart ayında keçiriləcək prezident seçkilərində iştirakına mane olan qərarı qüvvədə saxlayıb.
AZTB.info Rusiya mediasına istinadən xəbər verir ki, Ali Məhkəmə Mərkəzi Seçki Komissiyasının kriminal hökmün mövcudluğuna görə Navalnının seçkidə iştirakı qadağısını dəyişdirməyib.

Aleksey Navalnı və onun tərəfdarları isə hökmün siyasi qərar olduğunu bildirir.

Navalnı gələcək prezident seçkilərinə etiraz məqsədilə yanvarın 28-i Rusiyanın müxtəlif yerlərində nümayişlərin keçirilməsinə çağırış edib.

Keçirilən sorğulara görə, hazırkı prezident Vladimir Putin martın 18-i keçiriləcək seçkilərdə növbəti altı illik prezidentlik müddətini qazanacaq.

A.Navalnı iddia edir ki, 17 il ya prezident, ya da baş nazir vəzifəsində olan Putin həddindən artıq uzum müddətdir ki, haimiyyətdədir:
"Putinin popularlığının səbəbi dövlət mediası və legitim opponentləri xaric edən seçki sistemidir".

Qeyd edək ki, sabiq KQB əməkdaşı Putin seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək.

Müşahidəçilərin fikrincə, bu yolla o özünü siyasi fiqur yox, milli lider kimi təqdim etməyə çalışır.

Dəstəkçiləri Putini milli qüruru bərpa etdiyi və Rusiyanın qlobal lider vəziyyətinə geri qaytardığı üçün tərifləyirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR