Türkiyədə namaz vaxtı məscidə raket atıldı — 2 ölü, çox sayda yaralı var + Yenilənib

25-01-2018, 10:11 455 dəfə baxılıb

Türkiyədə namaz vaxtı məscidə raket atıldı — 2 ölü, çox sayda yaralı var + Yenilənib














Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
"Ölkə.Az" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, digər yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

***

Türkiyənin Kilis şəhərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində bir nəfər ölüb.

AZTB.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.
***

Türkiyədə məscidə raket atılıb.

“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub. Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis vilayətinə PYD/PKK terror qruplaşması tərəfindən raket atılıb. Raket məscidə düşüb.

Hadisə məsciddə camaat namazı qılınan vaxt baş verib. Terror hücumu nəticəsində 15 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisədən sonra türk hərbçiləri raket atılan istiqamətə ağır texnikadan zərbələr vurublar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR