Sankt-Peterburqda inkassator işlədiyi bankı yardı – VİDEO

21-08-2015, 13:27 716 dəfə baxılıb

Sankt-Peterburqda inkassator işlədiyi bankı yardı – VİDEO

















30 milyondan çox pul oğurlandı

Rusiyada Sankt-Peterburq polisi, “Otkrıtie” bankından 31 milyon rublu (464 142 USD) oğurlamaqda şübhəli bilinən inkassator O. Şerbedinskini axtarır.

LifeNews xəbər verir ki, o, digər həmkarı pul götürmək üçün yollanarkən, içində pul olan kisələri maşından çıxarıb.

Pulların oğurlanması anı müşahidə kameralarına düşüb, LifeNews həmin kadrları internetdə yerləşdirib.

Burada təxminən 50 yaşı olan Şebedinskinin kisələri aparması görünür.

“Otkrıtie” bankında qarət avqustun 17-də səhər saatlarında olub. Şerbedinski sürücü və həmkarı ilə bərabər pulları götürmək üçün ticarət mərkəzinə gəlib. Amma şübhəli bilinən şəxs özünü pis etdiyini deyərək binaya girməyib. Avqustun 19-da Şerbedinski federal axtarışa verilib.

Sankt-Peterburqda “Otkrıtie” bankı ilk dəfə deyil ki, cinayətkarların qurbanı olur.

Belə ki, bu ilin aprelində naməlum şəxslər bankın filiallarından birini qarət ediblər.

2014-cü ilin aprel ayında cinayətkarlar bankdan 3 milyon rubl oğurlayıblar, 2013-cü ilin dekabrında isə bankın inkasatorları 200 milyon rublu mənimsəmək qərarına gəlsələr də, qazancı bölüşdürə bilməyərək bir-birini öldürmüşdülər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR