Paşinyan Qarabağ taktikasını açıqladı

30-04-2018, 16:37 752 dəfə baxılıb

Paşinyan Qarabağ taktikasını açıqladı














Ermənistanda “Mənim addımım” etiraz hərəkatının lideri, sabah parlamentdə baş nazir postuna seçiləcəyi gözlənilən Nikol Paşinyan son hadisələr ərzində ilk dəfə Qarabağa dair mövqeyinin nədən ibarət olduğunu açıqlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Nikol Paşinyan əvvəlcə Azərbaycanı danışıqlarda "konstruktiv məcraya qayıtmağa məcbur etməyin vacibliyini" vurğulayıb.

Paşinyan əmindir ki, Bakıda tez-tez “İrəvanın qaytarılması” haqda bəyanatların səsləndiyi bir vaxtda effektiv danışıqlar aparmaq mümkün deyil.

“Azərbaycan qeyri-konstruktiv, aqressiv mövqe nümayiş etdirir. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artımaqdır. Bu Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur”-Paşinyan parlamentdə jurnalistlərə bildirib.

Nikol əlavə edib ki, Ermənistanın təhlükəsizliyi onun üçün prioritetdir. Onun fikrincə Ermənistanda baş verən son hadisələr ordunun və xalqın döyüş ruhunu yüksəldib. “Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdidə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq”-Paşinyan deyib.

Nikol Paşinyana görə Minsk Qrupunun həmsədrləri də Bakının “aqressiv ritorikasını dayandırmaq və onu danışıqlar çərçivəsinə qaytarmaq” üçün səylər göstərməlidir. Orduda kadr məsələlərinə gəldikdə isə Paşinyan bu haqda ancaq müvafiq səlahiyyətlər alandan sonra danışa biləcəyini bildirib. O, müdafiə nazirinin dəyişdirilməsinin mümkünlüyünə dair suala cavab verməyib.

Paşinyanın bu bəyanatları göstərir ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən Qarabağ münaqişəsinin nizamlanması baxımından müsbət nəsə gözləməyə dəyməz. Hansı ki, Paşinyan məhz Qarabağ münaqişəsinin həll edilməməsindən yaranan ağır sosial-iqtisadi situasiya sayəsində Serj Sərkisyanı devirib və hakimiyyətə gəlmək üzrədir.

Bu arada Ermənistan prezidenti Armen Sərkisyan ümid edir ki, onun ölkəsindəki mürəkkəb siyasi vəziyyət dövründə Qarabağda “təxribatlar olmayacaq”.

“Mən bu mürəkkəb dövrdə heç bir təxribat, Dağlıq Qarabağda münaqişənin alovlanmaması üçün hamını, hansı ki, bu dünyada heç kimin qarantiyası yoxdur, təmkinli olmağa çağırıram”-Sərkisyan Belarus KİV-lərinə bildirib. Ermənistan prezidenti deyib ki, indi Qarabağda müharibənin vaxtı deyil.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR