Ağ Ev Talibanla birbaşa danışıqlar keçirmək niyyətindədir

17-07-2018, 10:03 364 dəfə baxılıb

Ağ Ev Talibanla birbaşa danışıqlar keçirmək niyyətindədir


ABŞ prezidenti Donald Tramp Talibanla birbaşa danışıqlar üçün diplomatlara göstəriş verib. O, bu yolla Əfqanıstanın 17 illik müharibəsində son qoymağa çalışır.

Bu barədə The New York Times qəzeti yazıb. Qəzet yazır ki, Əfqanıstanla bağlı Amerika siyasətində ciddi dəyişiklilər edilib. Bu inkişaflar ABŞ və Əfqanıstan rəsmiləri tərəfindən təsdiqlənib. Lakin nə Ağ Ev, nə də Dövlət Departamenti bununla bağlı şərh verməyb.

ABŞ generalı, Əfqanıstandakı beynəlxalq qüvvələrin komandiri Con Nikolson Əfqanıstanda sülhə dəstəyini ifadə edib: “Düşmənlərimiz münaqişənin həbri yolla həll edilməyəcəyini anlaması bizim mqsədimizdir. Biz bir araya gəlib sülh prosesini, əfqan xalqının istəyini müzakirə etməliyik” , o bildirib.

Qəzey yazır ki, bu yaxınlarda ABŞ rəsmiləri Pakistan və Əfqanıstana səfər edərək, birbaşa dialoq məsələsini müzakirə edib. Taliban dəfələrlə birbaşa danışıqların yalnız ABŞ və onun NATO müttəfiqləri baş tuta biləcəyini deyib. Qrup Əfqanıstan hökumətini Qərbin marioneti adlandırır.

Əfqanıstan prezidenti Əşrəf Qani Talibanın sülh danışıqlarını rədd etməsini gözardı edib, silahlı qruplaşmanın hələ də sülh masasına qayıtmaq şansı qaldığını bildirib. AzadlıqRadiosuna müsahibəsində Qani deyib ki, Talibanın sülh danışıqlarına qarşı çıxması “tam imtina” demək deyil: “Bu, ona bənzəyir ki, kiminləsə evlənmək istəyirsən, ancaq ailəsi bir neçə dəfə yox deyir. Reallıqda isə müsbət cavab almağımız mümkün görünür”.

Bu ayın əvvəlində Taliban Kabil hökuməti ilə danışıqlara getməyəcəyini bildirib. İlk dəfə olaraq Ramazan bayramında tərəflər arasında atəşkəs elan olunmuşdu. Qani atəşkəsin sona çatdığını elan edib, Talibanı sülh danışıqlarını bərpa etməyə çağırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR