Trampın 20 dəqiqə ərzində Ərdoğandan 3 dəfə xahiş etdiyi rahib azadlıqda

25-07-2018, 21:06 479 dəfə baxılıb

Trampın 20 dəqiqə ərzində Ərdoğandan 3 dəfə xahiş etdiyi rahib azadlıqda


ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Ərdoğandan israrla azadlığını istədiyi amerikalı rahin Andre Brunson bu gün ev dustaqlığına buraxılıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı bu gün məhkəmə qərar verib:

“Qərara əsasən, Brunson həbsdən buraxılsa da, o, polis nəzarətində olacaq. Bundan başqa, onun xaricə çıxışına da qadağa qoyulub. Ev dustaqlığı çərçivəsində onun hərəkət trayektoriyası elektronik cihazla izlənəcək”.

Xatırladaq ki, 2017-ci ildə ABŞ-da Ərdoğanla görüşən Tramp 20 dəqiqə ərzində düz 3 dəfə Brunsonun azadlığa buraxılmasını və Amerikaya göndərilməsini xahiş etmişdi. Lakin Ərdoğan İzmirdə FETÖ və PKK-ya yardım ittihamı ilə həbs edilmiş amerikalı dindar Andre Brunsonun azad olunması xahişini geri çevirmişdi.

Onu da qeyd edək ki, İzmir Diriliş Kilisəsinin rəhbəri Andre Brunson həyat yoldaşı ilə birlikdə “milli təhlükəsizliyə təhdid” ittihamı ilə 2016-cı ilin oktyabr ayının 7-də həbs edilib. Lakin sonradan onun həyat yoldaşı azadlığa buraxılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR