“Yaxın vaxtda Sərkisyan həbs edilə bilər”

30-07-2018, 22:28 525 dəfə baxılıb

“Yaxın vaxtda Sərkisyan həbs edilə bilər”


Son dönəmlərdə Ermənistanda baş verən proseslərdə diqqətçəkən bir məqam var. Bu da həbs dalğasının keçmiş prezident Robert Köçəryandan başlamasıdır. Söhbət 2008-ci ilin prezident seçkiləri zamanı hakimiyyətin mənimsənilməsindən gedir. Həmin dövrdə isə prezident Köçəryan yox, Serj Sərkisyan idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Politoloq “Qarabağ klanı”nda təmsil olunan şəxslərə qarşı həyata keçirilən həbslərin bir neçə səbəbinin olduğunu bildirib:

“Köçəryan Levon Ter-Petrosyandan hakimiyyəti qəsb yolu ilə ələ keçirib. Petrosyan isə Nikol Paşinyan üzərində təsir gücünə malikdir. Demək, söhbət 2008-ci il seçkilərindən yox, 1998-ci il seçkilərindən gedir. Yəni, Köçəryanın Ter-Petrosyandan hakimiyyəti zorla qəsb etməsinin haqq-hesabı çürüdülür.

Digər tərəfdən, proseslərin Rusiyaya qarşı yönəldiyi aydındır. Putin Köçəryana Sərkisyandan daha çox inanır, etimad göstərirdi. Həbslər də məhz Rusiyanın ən yaxın adamlarından başlayıb. Köçəryanın hakimiyyəti illərində Rusiyaya qarşı Ermənistan rəhbərliyi tərəfindən heç bir addım atılmadı. Ancaq Sərkisyan ikili oyunlar oynamağa çalışdı, Türkiyə ilə protokolları, Avropa Birliyi ilə tərəfdaşlıq sazişi onun hakimiyyəti illərində bağlandı.

Diqqət yetirsək görərik ki, Paşinyan mübarizəni oliqarxlara, “qanuni oğrulara”, yüksək rütbəli hərbçilərə qarşı başladı və növbəti mərhələdə keçmiş prezidentlər hədəfə götürüldü”.

Nəzakət Məmmədova həbs dalğasının Serj Sərkisyana çatacağını da istisna etməyib: “Ermənistanda heç kəs bu proseslərdən sığortalanmayıb. Sərkisyan da həbs oluna bilər. Paşinyan islahatlar aparmaq üçün ona mane ola biləcək hər kəsi ortadan götürə bilər. Ən azı oktyabrda keçirmək istədiyi parlament seçkilərinə mane ola biləcək istənilən şəxsi tərksilah etməli, siyasi fəaliyyətdən uzaqlaşırmalıdır. Sərkisyan da istisna deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR