Rusiyada erməni və azərbaycanlı dalaşdı: Ölən var – TƏFƏRRÜATLAR

29-08-2015, 13:18 919 dəfə baxılıb

Rusiyada erməni və azərbaycanlı dalaşdı: Ölən var – TƏFƏRRÜATLAR

















Rəqiblər bıçağa əl atdılar

Sankt-Peterburqda Apraksin dvor bazarında davanın bəzi təfərrüatları məlum olub.

Xatırladaq ki, dünən azərbaycanlıların və ermənilərin iştirakı ilə baş verən dava barədə xəbər verilmişdi. Dava zamanı bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.

Müstəntiqlər müəyyən ediblər ki, münaqişə bazara gələn müştərilər - erməni və azərbaycanlı arasında başlayıb, daha sonra isə bıçağa əl atılıb.

Qışqır-bağırdan və təhdidlərdən sonra münaqişə iştirakçılarından biri rəqibinin sinəsindən bıçaq ilə vurub.

Aldığı zərbədən yerə yıxılan kişi, rəqibinə bıçaq yarası vurmağı çatdırıb.

Mübahisə nəticəsində hər iki iştirakçı xəsarət alıb, biri təcili tibbi yardım maşınında keçinib, digəri isə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarında olan mənbə bildirib ki, həlak olan 32 yaşlı Armen R. adlı şəxsdir.

Əlibəy O. adlı şəxs reanimasiyaya çatdırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR