iki yerə parçalanan YPG Amerika ilə Əsəd arasında vurnuxur

3-09-2018, 17:08 504 dəfə baxılıb

iki yerə parçalanan YPG Amerika ilə Əsəd arasında vurnuxur


Cust Hiltermann

“The Atlantic” (ABŞ)



ABŞ-ın kürd müttəfiqləri Vaşinqton tərəfindən yenə də atılmış çıxdılar. ABŞ 2014-cü ildən YPG kürd xalq özünümüdafiə dəstələrinə hərbi yardım edir. Kürd müttəfiqlər Suriya və İraqda İŞİD-ə qarşı döyüşlərdə öz effektivliyini göstərib. Amma ABŞ prezident administrasiyası Suriyadan öz qoşunlarını çıxarmaq haqda düşünməyə başlayıb, buna görə də YPG-nin gələcəyi daha qeyri-müəyyən olub. YPG təmsilçiləri son ayda Dəməşqə iki dəfə baş çəkiblər, amma yeddiillik vətəndaş savaşında öz qələbəsini artıq tezliklə elan edə biləcək Suriya hökuməti diplomatik çeviklik göstərməkdən imtina edib.

Suriya prezidenti Bəşər Əsəd indi kürd dəstələrinin nəzarətində olan ərazilər daxil olmaqla dövlətin ərazisinin hər bir qarışını Suriya hökumətinin nəzarətinə qaytarmaq niyyətini dəfələrlə bəyan edib. Bu, yalnız zaman məsələsidir. Ancaq bunun məhz nə zaman baş verəcəyi Rusiya və ABŞ-ın gələcəkdə Suriyanın şimal-şərqində hansı rol oynayacağından asılıdır. Hər iki tərəf siyasi tənzimləmədə maraqlıdır, göründüyü üzrə, onlar kürd məsələsində ümumi dil tapa bilərdilər. Suriya kürdləri anlayıblar ki, onların İŞİD-lə mübarizədə ABŞ-a həyat önəmli dəstəyi başqa düşmənlərlə mübarizədə Vaşinqtonun dəstəyini təmin etməyib. Suriya ilə Türkiyənin arasına qısnanmış kürdlər muxtariyyətə nail olmaq üçün yalnız ABŞ kimi xarici tərəfdarlara güvənə bilərlər. Amma Vaşinqton, doğrudan da, çox hərdəmxəyal tərəfdaşdır.

İraq kürdləri 2017-də anlayıblar ki, Vaşinqtonun strateji maraqlarını yanlış yozsa və ya etinasızlıq etsələr, nə baş verə bilər. İraq Kürdüstanında Bağdaddakı mərkəzi hökumətdən azad olmaq haqda referendum keçirildi. ABŞ prezidenti Donald Trampın administrasiyasında işarə vurdular ki, İraq Kürdüstanı rəhbərliyi öz təşəbbüsündən imtina etməlidir, çünki İŞİD-lə mübarizə hələ başa çatmayıb. Yekunda Bağdad Ərbilə qarşı sərt sanksiyalar tətbiq edərkən Vaşinqton İraq Kürdüstanına dəstəkdən imtina etdi, İraq hökumət qoşunu isə kürd bölmələrini mübahisəli bölgələrdən sıxışdırdı. İraq kürdləri anladılar ki, bu, yəni İŞİD-lə mübarizə və İranın bölgəsəl fəaliyyətinə qarşı bir qala kimi vahid İraq dövlətinin saxlanması zərurəti Vaşinqtonun maraqlarını təhdid etsə, dünya dövləti onlara yardıma tələsməyəcək.

YPG xalq özünümüdafiə dəstələri – PKK-nın Suriya filialı – indiki anda oxşar çətin duruma düşüb. PKK 1980-ci illərdən Türkiyə dövlətinə qarşı vuruşur. Ankara, Vaşinqton və Brüssel PKK-nı terrorçu təşkilatlar siyahısına daxil edib. YPG və PKK arasında əlaqələrə baxmayaraq, Vaşinqton İŞİD-lə mübarizə çərçivəsində Suriya kürdlərinə əl uzadır. Amma YPG dəstələri döyüşçülərlə döyüşün gedişində Suriyada Mənbic və Raqqa daxil olmaqla qeyri-kürd ərazilərini tutublar.

Suriya hökumət qoşunları və müttəfiqləri İdlibdəki qiyamçılarla qəti haqq-hesab çəkəcək, Suriya hökuməti YPG xalq özünümüdafiə dəstələrindən tutduqları bölgələri tərk etməyi istəyəcək. Ölkənin bəprasına başlamaq üçün indiki anda kürdlərin əlində olan buğda və neft yataqlarilə zəngin rayonlar Əsədə lazımdır.

Türkiyənin də Suriyada öz maraqları var. Ankara öz sərhədinin yaxınlığında kürd anklavının varlığına dözmür və onun ləğvi və kürdlərin sıxışdırılması naminə qəti fəaliyyətə keçməyə hazırdır. YPG təmsilçiləri, bax, buna görə Əsədə üz tutub, Türkiyənin hücumundan yayınmaq imkanı və kürd bölgəsinin savaşsonrası gələcəyi haqda anlaşma əldə etmək arayırlar.

Bu cür sövdələşmə müəyyən dərəcədə kürd muxtariyyəti və neft sərvətlərinin mübadiləsini ehtiva edə bilər.

Dəməşq kürd mədəniyyəti və dili məsələsində çeviklik göstərə bilsə də, xüsusən Suriya təhlükəsizlik qüvvələrinin yerləşdiyi bölgələrdə tam muxtariyyəti rədd edir. YPG liderləri Beynəlxalq Böhran Qrupuna (International Crisis Group) məlumat veriblər ki, onlara tabe rayonların mülki idarəçiliyini Suriya hökumətinin əlinə vermək haqda məsələni nəzərdən keçirəcəklər. YPG təmsilçiləri əminlik ifadə ediblər ki, kürd dəstələrini Suriya rejiminin təhlükəsizlik arxitekturasına inteqrasiya edə bilərlər. Amma, görünür, Əsəd hökuməti qərar qəbul etməyə tələsmir, çünki zaman da Rusiya və İran kimi onun tərəfindədir. Tramp administrasiyası məhz burada önəmli rol oynaya bilər – əlbəttə, istəsə.

Suriyanın şimal-şərqində əvvəlkitək ABŞ-ın 2 minə yaxın hərbçisi var. Tramp martda Suriyadan qoşunları çıxartmaq niyyətini bildirsə də, onun baş müşavirləri İranın bölgəsəl iddialarına əks təsir və Suriyanın gələcəyinə təsir imkanını saxlamaq üçün Suriyada hərbi iştirakın gərəkdiyinə işarə edirlər. ABŞ hərbçilərinin çıxarılması Suriyanın şimal-şərqində rəqabət aparan qüvvələrin arasında münaqişənin güclənməsi üçün zəmin yaradacaq. Qoşunların çıxarılması hətta İŞİD-in bərpası üçün şərait yarada bilər.

Birləşmiş Ştatlar kürd müttəfiqlərə nəzarətin əsas məsələləri və habelə Ankara üçün məqbul olası idarəçilik məsələləri üzrə Dəməşqlə danışıqlar çərçivəsində əlavə vaxt vermək üçün öz iştirakından istifadə edə bilər. Bu, indiki şəraitdə YPG üçün mümkün variantlardan ən yaxşısı olardı.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR