Sarkisyan: Allah xatirinə, Baqramyan prospektini boşaldın

28-06-2015, 14:37 920 dəfə baxılıb

Sarkisyan: Allah xatirinə, Baqramyan prospektini boşaldın

















"Bu, onların problemidir"

Ermənistan prezidenti Serj Sarkisyan son günlər ölkəsində elektrik enerjisi qiymətlərinin artımına görə davam edən etiraz aksiyaları ilə bağlı iclas keçirib, Novosti-Armeniya xəbər verir.

Sarkisyanın sözlərinə görə, o, elektrik enerjisi tariflərinin yüksəldilməsinin özünü doğrultduğuna əmindir:

"Mən həmçinin əminəm ki, biz tarifləri artırmasaq, enerji sistemi domino prinsipi üzrə dağılacaq".

Erməni prezident həmçinin qeyd edib ki, tarifin artırılması barədə qərarın ləğvi son dərəcə təhlükəlidir:

"Buna görə də, həmin şirkət rəy hazırlayanadək hökumət tariflərin artmasından yaranan bütün ağırlığı öz üzərinə götürəcək".

Sarkisyan həmçinin etiraz edən gənclərə üz tutub:

"Allah xatirinə, bəsdir şəhərin mərkəzini iflic etdiniz, hər birimizin çiyninə düşən yük getdikcə artmaqda olacaq. Daha sakit metodlara keçin, Baqramyan prospektini boşaldın".

Öz növbəsində çoxgünlük etiraz aksiyasının iştirakçıları Sarkisyanın təklifini qəbul etməyiblər.

"Talana son" təşəbbüsünün üzvü Vaginak Şuşanyan bəyan edib ki, o, bu qərarı qələbə hesab etmir, ona görə də, onlar mübarizəni davam etdirəcək, Baqramyan prospektini bağlı saxlayacaqlar, çünki hakimiyyət nümayişçilərin heç bir tələbini qəbul etməyib.

Ermənistan Polisinin rəisi Vladimir Qasparyan bu bəyanatı şərh edib.

"Bu onların problemidir", - deyən Qasparyan hər kəsin qanun çərçivəsində hərəkət edəcəyini vurğulayıb.

"Onların məqsədi düzgün idisə, o zaman dağılışacaqlar".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR