"Putinlə Paşinyanın görüşündə bütün məsələlər üzrə ciddi danışıqlar gözləyirik"

6-09-2018, 00:51 415 dəfə baxılıb

"Putinlə Paşinyanın görüşündə bütün məsələlər üzrə ciddi danışıqlar gözləyirik"


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada bir sıra vacib məsələləri müzakirə edəcəklər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib.

"Müzakirə olunası çoxlu məsələ yığılıb qalıb, həm bizim tərəfdən, həm də Ermənistan tərəfdən. Ona görə də həm ikitərəfli əməkdaşlıq, həm də Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi beynəlxalq təşkilatlarla birgə işlə bağlı bütün məsələlər üzrə açıq, ciddi danışıqlar gözləyirik", - Y.Uşakov deyib.

O, V.Putin və N.Paşinyanın avqustun 16-da baş tutan telefon danışığı zamanı görüş keçirilməsini razılaşdırdığını xatırladıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR