“Gic, başdanxarab, beşinci sinif şagirdi səviyyəsində, zır yalançı...”

7-09-2018, 16:18 535 dəfə baxılıb

“Gic, başdanxarab, beşinci sinif şagirdi səviyyəsində, zır yalançı...”


Məşhur Amerika jurnalisti, iki dəfə Pultittser mükafatı laureatı, (Karl Bernstaynla birgə) Uotergeytin ifşaçısı (məhz onların “Vaşinqton post”dakı jurnalist araşdırması və dərcləri buna səbəb olub ki, Uotergeyt necə var elə olub və Niksonun istefasilə başa çatıb) Bob Vudvord yeni kitab yazıb.

Kitab “Dəhşət: Tramp Ağ Evdə” adlanır. 448 səhifəlik kitab növbəti çərşənbə axşamı sentyabrın 11-də mağazaların piştaxtalarında olacaq. Kitab Vudvordun Ağ Evin indiki və keçmiş yüksəkçinli bir çox əməkdaşlarıyla söhbətlərinə əsaslanır. Vudvord onlarla söhbətlərin yüz saatlarla çəkən səsyazısına sahibdir.

CNN telekanalı kitab işıqüzü görənə qədər bir nüsxəsini əldə edib. Bu kitabın bir həftədən sonra partlayan bomba effektinə malik olacağını söyləmək hələ heç nəyi ifadə etmir.

Kitabdan fraqmentlər:

Trampın inanılmış adamları, Nazirlər Kabinetinin baş əməkdaşları və məmurlarının təsvir etdikləri durum göstərir ki, onların çoxu daha təşvişli durum görür – əvvəllər bildiklərindən və ya dərk etdiklərindən daha pisini. Vudvord Ağ Evdəki uğursuzluğun dağıdıcı mənzərəsini və Tramp administrasiyasının prezidenti necə hövsələdən çıxardıqlarını incəliklərilə təsvir edən və onun qərarsız davranışı, cahilliyi və yalana meylindən getdikcə daha çox narahat olan həm indiki, həm də keçmiş məmurlarını, Trampın özünün portretini qələmə alıb.

Ağ Ev aparatının rəhbəri Con Kelli Trampı “gic” və “başdanxarab” adlandırır. Müdafiə naziri Ceyms Mettis Trampın bütün məsələləri anlama səviyyəsini “beşinci, ya altrıncı sinif şagirdinin səviyyəsi” kimi səciyyələndirir. Özəl vəkil Robert Müllerə ifadə verərsə, “narıncı kombinezon”da (Amerikada həbsxana geyimi) görünəcəyini Trampa izah edən keçmiş şəxsi vəkili Con Daud prezidenti “zır yalançı” kimi qələmə verir.

Kelli öz kabinetində əməkdaşlarla iclasda deyib: “O gicdir, onu nəyəsə inandırmaq mənasızdır, ağlı qaçıb, biz dəlixanadayıq. Hətta bilmirəm, niyə buradayıq. Bu mənim haçansa yiyəsi olduğum ən pis işdir”.

Kitab gərgin əhvalatla başlanır. Ağ Evin keçmiş baş iqtisadi müşaviri Heri Kon Oval kabinetdə prezidentin masasının üzərində milli təhlükəsizlik üçün son dərəcə təhlükəli saydığı məktub layihəsi görüb. Məktub ABŞ-ın Cənubi Koreya ilə çox önəmli ticarət sazişindən çıxması haqdaydı. Trampın köməkçiləri qorxurdular ki, nəticədə fövqəlməxfi milli təhlükəsizlik proqramı – Şimali Koreyanın raket buraxılışını cəmi yeddi saniyəyə aşkarlamaq qabiliyyəti təhlükə altına düşə bilər.

Vudvord yazır ki, Kon Trampın bu məktubu imzalaya bilməyindən “sarsılmışdı”. “Onu iş masasının üzərindən oğurladım, – Kon deyib. – Ona bunu görməyi imkan verməzdim, o bu sənədi heç vaxt görməyəcək. Ölkəni qorumaq lazımdır”.

Kon bu məsələdə tək deyildi. Vudvord yazır ki, keçmiş ştat katibi Rob Porter Konla işləyib və eyni taktikanı bir neçə dəfə işlədib. Onlar Trampın masasından hərfi mənada oğurluq etməyə və yaxud sənədləri gizlətməyə əlavə olaraq qəbul edilən qərarları önləməyə, ya da təxirə salmağa cəhd edir, ya da Trampın diqqətini yayındırıb, onların fikrincə, milli təhlükəsizliyi təhdid edən cocumağa qoymurdular.

Budvord Trampdan yan keçməklə “inzibati sui-qəsddən geri qalmayan” iş görmək cəhdlərini dəfələrlə təsvir edib.

Yəqin ki, Trampın ən yaxın adamlarından onun haqqında bomba xəbərlər noyabrdakı aralıq seçkilərində öz rolunu oynayacaq. Kitabda həmçinin prezidentin vəkillərilə Müller arasındakı məxfi söhbətləri ilk dəfə təsvir edən Rusiya araşdırmasilə bağlı Trampın qarayaxa ideyaları haqda sarsıdıcı yeni təfərrüatlar var. Vudvord Ağ Evin iqamətgahındakı səhnəni təsvir edir. Trampın yalan şahidlik edəcəyinə əmin olan vəkili Trampı Müllerə verə biləcəyi müsahibə test-məşqindən keçirib. Daudun sözlərinə görə, Tramp tam uğursuzluğa düçar olub, amma buna baxmayaraq, ifadə vermək üçün israrı davam etdirib.

Sonra Daud və Trampın indiki şəxsi vəkili Cey Seklulov müsahibə maketində təkrar iştirak edib. Onlar nəticəyə gəliblər: Tramp Müller qarşısında şahidlik edə bilməyəcək, çünki həqiqəti deməyə qabil deyil. Daudun arqumenti çox ağır idi: “Siz bundan keçə bilməzsiniz… İfadə vermək lazım deyil. Ya verməyəcəksiniz, ya da sizə narıncı kombinezon görünür”.

Vudvord kitabın gedişində prezidenti kütləvi informasiya vasitələrində necə təqdim edildiyinə və əsas tərəfdarlarının onun haqqında rəyinə mübtəla olan adam kimi təsvir edir. Tramp tənha və Ağ Evin iqamətgahında tez-tez saatlarla televizora baxan, getdikcə daha paranoidal görünür.

Vudvord yazır ki, Tramp öz tvitlərinin çapını sifariş edərək onu araşdırır ki, hansının daha populyar olduğunu bilsin. “Ən populyar tvitlər çox vaxt ən çox şoka salanlar idi, – Vudvord yazır. – Tvitter administrasiyada milli təhlükəsizliyə məsul şəxslər üçün böyük qorxu qaynağı idi və daim qorxu içində olmaqla Trampa xəbərdarlıq edirdilər – “Twitter bizi müharibəyə apara bilər”. Amma öz bosslarını durdura bilmirdilər.

Pribus tvitter vasitəsilə işdən azad ediləndən sonra prezidentin yataq otağını “iblis emalatxanası”, erkən səhər saatlarını və bazar günü axşamı isə – Trampın yenilik tvitlərinin vaxtlarını – “qara sehrbazlıq vaxtı” adlandırıb.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR