“Hələlik, mehriban Mişa, qayıt öz meşənə…” – Poroşenko Rusiyaya

15-09-2018, 19:24 439 dəfə baxılıb

“Hələlik, mehriban Mişa, qayıt öz meşənə…” – Poroşenko Rusiyaya


Ukrayna prezidenti Pyotr Poroşenko xarici siyasətçilər və iş adamlarının qatıldığı və ənənəvi olaraq hər il keçirilən YES adlı konfransda maraqlı çıxışı ilə yadda qalıb.

Poroşenko deyib ki, ölkəsinin NATO-ya qoşulmaq qərarının konstitusiyaya daxil edilməsi təşəbbüsü ondan xəbər verir ki, artıq Ukrayna geriyə dönüşü olmayan prosesi tam işə salıb. Həmçinin, bu təşəbbüs cəmiyyətə Rusiya ilə vidalaşmanın siqnallarını vermiş olub: “Biz ukraynalılar bir zamanlar imperiyanın bizimlə Avropadakı qonşularımız arasına çəkdiyi dəmir pərdəni artıq sökürük”.

Prezident çıxışında bildirib ki, Ukrayna-NATO sammiti böyük Avropa ölkəsi olan Ukraynanın Avroatlantik perspektivini təsdiqləmiş oldu. Onun sözlərinə görə, NATO ilə bağlı qərarın Konstitusiyaya salınması Rusiyaya növbəti dəfə “əlvida” deməyə əsas verir.

Prezident çıxışı zamanı Rusiyaya xitabən ironik şəkildə vidalaşaraq, əlini yelləyib və “Hələlik, mehriban Mişa, qayıt öz meşənə…” söyləyib. Poroşenko deyib ki, konstitusiyaya ediləcək dəyişikliklər bir daha Ukraynanın mütləq şəkildə Avropa İttifaqı və NATO üzvü olacağını təsdiqləyir.

Sonda Ukrayna prezidenti üzünü Avropa liderlərinə tutaraq, əlavə edib: “Bu mesaj həm də bizim Qərb tərəfdaşlarımızadır – necə ki, siz dəfələrlə bizim üzümüzə bütün qapıların açıq olduğunu demisiniz, biz də deyirik ki, qəti şübhə etməyin, biz o qapılardan mütləq girəcəyik…”

Cəlal
AzPolitika.info


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR