İrəvana çətin sınaq: Köçəryan Paşinyana sürpriz hazırlayır?

17-09-2018, 13:54 551 dəfə baxılıb

İrəvana çətin sınaq: Köçəryan Paşinyana sürpriz hazırlayır?


2008-ci il 1 mart hadisələrinə görə sabiq prezident Robert Köçəryan və digər bir neçə şəxsin həbsi Ermənistanın baş naziri Nikol Paşinyan üçün başağrısına çevrilib.

Bugünlərdə R.Köçəryan “Mediamaks” agentliyinə müsahibəsində həbsi ilə bağlı danışarkən baş nazir Paşinyanı açıq şəkildə təhdid edib. Belə ki, sabiq prezident “ona ilişdiyi üçün” Paşinyanın peşman olacağını deyib.

“Söhbət siyasi proseslərdən gedirsə, mən belə söhbətlərə öyrəşməmişəm. Ancaq o, mənə “ilişdiyinə görə” peşman olacaq. Düşünmürəm ki, qorxmuş hakim mənə nifrət etdiyinə görə prosesi gecə 01:30-a təyin edib. Bunun kimə lazım olduğunu başa düşürəm”, - deyə Ermənistanın ikinci prezident bildirib.

Maraqlıdır, Köçəryanın bu hədəsinin arxasında dayanan gizli məqamlar nədir?

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında maraqlı məqamlara toxunub. M.Əsədullazadə hesab edir ki, Rusiya Köçəryanın vasitəsilə Ermənistanda əksinqilab hazırlayır: “Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ klanına qarşı repressiv siyasəti, bu ölkədə siyasi sabitliyin pozulmasına və iki qütb arasında savaşa meydan açıb. Nikol Paşinyan çalışır ki, növbədənkənar parlament seçkilərinə qədər Qarabağ klanını siyasi səhnədən kənarlaşdırsın. Göründüyü kimi bu da əks-tərəfin hücumu ilə nəticələnir. Eks-prezident Robert Köçəryanın həbsi, KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi və digər yüksək ranqlı keçmiş hakmiyyət mənsublarına başlanılacaq cinayət işləri ölkə daxilində parçalanmaya və problemlərə yol açacaq.

Robert Köçəryana qarşı hazırda maliyyə maxinasiyaları üzrə cinayət işinin açılması da gözlənilir. Hətta Paşinyan 2008-ci il 1 mart hadisələrində cinayətdə ittiham olunanlara qarşı həbsin qaçılmaz olacağını vurğuladı. Təbii ki, bu Robert Köçəryana bir mesaj idi. Hesab edirəm ki, Robert Köçəryana qarşı Paşinyanın bu kimi planları özünün gələcək hakimiyyətinə qarşı təhlükə gördüyünə əsaslanır. Çünki Rusiya məhz eks-prezident vasitəsi ilə mövcud hakimiyyətə qarşı əksinqilab hazırlaya bilər”.

M.Əsədullazadə hesab edir ki, Köçəryanın Paşinyanı təhdid etməsi baş nazirə qarşı yeni planın olmasından xəbər verir: “Robert Köçəryanın bu cür açıqlama verməsi hesab edirəm ki, sabiq prezidentin yeni planından xəbər verir. Köçəryan bununla Paşinyana mesaj vermiş olur. Növbədənkənar seçkilərdə Köçəryan yeni hakmiyyətə planlar hazırlayır. Seçkilərdə Paşinyan Köçəryanın Rusiya tərəfindən hazırlanan sürprizi ilə üzləşəcək. Köçəryan kinli siyasətçi və killerdi. Onun yeni ittihamlarla həbs olunması da istisna deyil. Köçəryan zərərləşdirilməsə, Paşinyan üçün çətin günlər gözlənilir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR