ABŞ-da gey-nikahı qeydiyyatdan keçirməkdən imtina edən məmur həbs edildi

4-09-2015, 13:57 572 dəfə baxılıb

ABŞ-da gey-nikahı qeydiyyatdan keçirməkdən imtina edən məmur həbs edildi

















Məhkəmə qarşısında 200-ə yaxın adam toplanıb

Kentukki ştatının Rouen dairəsinin eynicinsli nikahları qeydiyyatdan keçirməyən klerki (məhkəmə işçisi) saxlanılıb, Lenta.ru xəbər verir.

49 yaşlı Kim Devisi, daha öncə eynicinsli nikahların qeydiyyatı barədə göstəriş vermiş məhkəməyə qarşı hörmətsizlikdə ittiham edilib.

Dairə məhkəməsinin hakimi Devid Banninq nikahı qeydiyyatdan keçirmək üçün, yalnız ona qarşı iş qaldıran bu dörd nəfərə deyil, müraciət edənlərin hamısına etiraz edib.

Məmur xanım ABŞ-ın Ali Məhkəməsinin iyun ayında eynicinsli nikahların qeydiyyatına icazə verən qərarı qəbul etdikdən sonra eynicinsli nikahlarla yanaşı, ənənəvi nikahların da qeydiyyatı üçün müraciət edənlərə etiraz edib.

Öz əməlini Devis dini baxışla əlaqələndirib. O, apostol kilsəsinin inanclılarına aiddir, bu cərəyan İncilin fərqli şərhi ilə seçilir. O, məhkəmədə bəyan edib ki, nikah yalnız qadın və kişi arasında ola bilər, və onun üçün eynicinsli nikahları qəbul etmək mümkün deyil. Verdikt çıxarıldıqdan sonra məmur qadın hakimə təşəkkür edib.

Daha sonra iddiaçıların vəkilləri Devisi əgər qanunu pozmaqdan imtina edərsə, buraxmağı təklif ediblər, Associated Press bildirib.

Hakim razılaşıb və müttəhimi məhkəmə zalına çağırıb. Amma Devis bu komrpomisin yolverilməz olduğunu bəyan edərək danışığa getməyib.

Daha öncə Devis öz fikirlərinə görə həbsxanaya getməyə hazır olduğunu bəyan etmişdi.

Məhkəmə prosesi zamanı məhkəmə binasının qarşısında 200-ə yaxın adam toplaşıb. Hər iki tərəfin mövqeyini dəstəkləyən olub, amma Devisi dəstəkləyənlərin sayı daha çox olub.

Məhkəmənin qərarı məlum olduqdan sonra eynicinsli nikahları dəstəkləyənlərin alqışlarının səsi ətrafı bürüyüb.

Daha sonra, Devisin məhkəməyə çağırılan altı köməkçisindən beşi sentyabrın 4-dən başlayaraq nikahları qeydiyyatdan keçirməyə hazır olduqlarını bildiriblər, fikrindən dönmyən yalnız bir köməkçi olub, bu da Devisin oğlu Natan olub.

Yerli hakimiyyət Devisi işdən azad edə bilmir, belə ki, onu vəzifəyə təyin etməyiblər, seçiblər.

2015-ci ilin iyun ayının 26-da ABŞ Ali Məhkəməsi qərara alıb ki, nikah bərabərliyi vətəndaşın fundamental hüququdur, və 14 ştatda eynicinsli nikahlara qoyulan qadağanı ləğv edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR