Erməni icmalçıdan qəzəbli analiz:“Türkiyə və Rusiya 100 il əvvəlkitək Avrasiyanı bölür” – Təhlil

12-10-2018, 19:19 403 dəfə baxılıb


Erməni icmalçıdan qəzəbli analiz:“Türkiyə və Rusiya 100 il əvvəlkitək Avrasiyanı bölür” – Təhlil


Naira Ayrumyan

lragir.am


Ukrayna pravoslav kilsəsinə (UPK) avtokefaliya (yerli kilsənin inzibati müstəqilliyi-red.) verilməsi haqda qərar “uyğun zamanda” Konstantinopol Ümumdünya Partiarxlığı tərəfindən qəbul olunacaq. Bunu mitropolit Arseni Avstriyalı oktybarın 10-da İstanbulda bildirib.

Ukrayna Ali Radası 2016-cı il iyunda UPK-ə avtokefaliya verilməsi üçün tomos (fərman) vermək xahişiylə Ümumdünya Patriarxlığına müraciət edib. Konstantinopoldakı Ümumdünya Patriarxlığı 2018-ci ilin sentyabrında UPK-ə avtokefaliya verilməsinə hazırlıq çərçivəsində Kiyevə iki ekzarx (müstəqil kilsə və ya ayrıca kilsə nahiyəsi başçısı-red.) təyin edib. Qərar oktyabrın 10-da qəbul edilməliydi, amma bunu “uyğun zamana qədər” təxirə salıblar.

Rusiyanın “Vzqlyad” qəzeti sentyabrda Soçidə Suriya İdlibinin bölünməsi haqda saziş əldə edildiyi Putin-Ərdoğan görüşündən sonra sual etmişdi ki, belə bir qərarın əvəzində Türkiyə Rusiyaya nə vəd edə bilərdi? Qəzet qənaətə gəlmişdi ki, Türkiyə Ukraynanın pravoslav kilsəsinin avtokefaliyasına yol verməməyə söz verə bilərdi.

Hər şeyə əsasən, belə də olub. Erməni Apostol Kilsəsi Konstantinopol Patriarxlığı kimi Ümumdünya Pravoslav Patriarxlığı da hüquqi mənada tamamilə Türkiyə hökumətindən asılıdır. Budur, Erməni Patriarxlığı Тürkiyə hökumətinin icazəsi olmadan artıq neçə ildir patriarx seçə bilmədiyi kimi Konstantinopol Pravoslav patriarxlığı da Ərdoğansız heç nə edə bilmir – Lozann müqaviləsinə uyğun olaraq.

Türkiyə və Rusiya tam mənasilə sırağagün İdlibin bölünməsi üçün qəti protokol imzalayıb. Və dərhal Ümumdünya Patriarxlığının bəyanatı səslənib ki, Ukraynanın avtokefaliyası təxirə salınır.

Türkiyə və Rusiya getdikcə daha yaxın tərəfdaşa çevrilir və 100 il əvvəlki status-kvonu qaytarmağa çalışır – o zaman bu iki ölkə I dünya savaşından sonrakı çaxnaşmadan yararlanıb Avrasiyanı faktiki olaraq öz aralarında bölüblər.

Təsadüfi deyil ki, bu günlərdə Türkiyədə parlament başçılarının Avrasiya forumu keçirilir və Ermənistan parlamentinin vitse-spikeri orada iştirak edir. Rusiya və Türkiyə Avrasiyada, o cümlədən Qafqazda öz hakimiyyətlərini sənədli şəkildə və güc yoluyla bərkitməyə çalışır. Rusiya bunun üçün çox şeyə hazırdır. Rusiyanın 310 bort nömrəli “Perekop” döyüş gəmisi dünən Dardanell boğazından keçib və heyətin bütün üzvləri gəminin boğazdan keçidi zamanı göyərtədə sıraya düzülüblər. Hərbi ekspertlər qeyd edirlər ki, bu, ərazisindən keçdiyi Türkiyəyə münasibətdə gəminin “xeyirxah iradə və sayğı” siqnalıdır.

Öz növbəsində məlum olub ki, Türkiyə Respublikasının biznesmenləri Krım ərazisində ümumi dəyəri 12 milyard ABŞ dolları olan yatırım layihələri gerçəkləşdirməyə hazırdırlar. Bu haqda iyulun 7-də Sumferopolda Türkiyə heyətinin Krım Respublikasının başçısı Sergey Aksyonovla görüşünün gedişində söhbət açılıb.

Türkiyəli qonaqların sözlərinə görə, sanksiyalar türk biznesmenlərin planlarına təsir etmir. Sarptaş izah edib: “Türkiyə hökumətinin səlahiyyətli şəxsləri bizim hərəkətimizi bəyənib və burada fəaliyyət göstərməyimizi yasaqlamırlar, sanksiyalar isə nə zamansa dayanacaq”. Rusiya faktiki olaraq Krım və İdlibi Türkiyəyə “verib” – Ukrayna kilsəsinin saxlanması və Pravoslav dünyasında liderlik xatirinə.

Rusiya-Türkiyə bölgüsünün növbəti predmeti kim olacaq?

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR