Gey paradda atışma

28-06-2015, 14:46 1110 dəfə baxılıb

Gey paradda atışma

















ABŞ-ın San-Fransisko şəhərində eyni cinsli nikahların leqallaşdırılması ilə bağlı keçirilən gey paradda atışma olub və bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib

Hadisə şənbə günü yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə bazar günü saat 03:00-da) baş verib.

Bir neçə gənc adam arasında baş vermiş mübahisə davaya çevrilib. Nəticədə təsadüfən yoldan keçən adam xəsarət alıb.

Verilən məlumata görə, yaralanmış 64 yaşlı kişi əlindən xəsarət alıb. O, xəstəxanadadır və vəziyyəti sabitdir. Məsələ ilə bağlı bir neçə adam həbs edilib.

Ali Məhkəmənin qərarına qədər ABŞ-ın 50 ştatından yalnız 37-də eyni cinsli nikahlara icazə verilirdi. Cümə günü ABŞ Ali Məhkəməsi qərara aldı ki, bu, konstitusiyaya ziddir.

ABŞ homoseksualları qələbələrini qeyd etmək üçün şənbə günü gey-parad və bayram konserti keçirmək istəyirdilər. Lakin gey-paradda baş vermiş atışmadan sonra bayram konserti ləğv edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR