Ermənilər Türkiyədə yenə ayaq açır - yeni gəlişmələr, faktlar

25-10-2018, 11:10 354 dəfə baxılıb

Ermənilər Türkiyədə yenə ayaq açır - yeni gəlişmələr, faktlar


Ermənilər heç zaman Türkiyədə mövqelərini möhkəmləndirmək və bu ölkə ilə Azərbaycan arasında nifaq yarada biləcək hallar yaratmaq siyasətindən əl çəkməyiblər
Türkiyə azərbaycanlılara vətən qədər doğmadır. Ermənilər isə bizə doğma olan bu gözəl ölkəyə göz dikiblər, bir əsrdən çoxdur ki, onunla düşmənçilik edirlər. Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası rəsmən öz əksini tapıb. Ermənilərin və Ermənistanın Azərbaycana və Azərbaycan türklərinə düşmənçiliyinin, kininin bir səbəbi də Türkiyəyə münasibətidir. Bizim etnik kökənimiz, türk olmağımız bütün ermənilərin Türkiyə qədər Azərbaycana da nifrət və kin bəsləmə səbəbi olmaqdadır.

Dünya çapında Türkiyə əleyhinə ideoloji savaş aparan və yalançı soyqırım iddiaları ilə Türkiyəni böyük güclərin, bəhanə axtaran xristian dünyasının mühakimə etməsinə, zaman -zaman problemlər yaratmasına səbəb olan tək millət ermənilər, tək dövlət Ermənistandır. PKK və kürd problemi Türkiyəyə beynəlxalq aləmdə “erməni məsələsi” qədər problem yaratmır.

Bütün bunların qarşılığında Türkiyə dövləti hər zaman ermənilərə qarşı mülayim və mərhəmətli davranmağa çalışır. Bizə görə yanlış olan bu taktikanın mənasını da anlayırıq: erməniləri bu mülayimlik və mərhəmətlə yola gətirmək, 100 illik kini və ideoloji davanı neytrallaşdırmaq, dil tapmaq, onları adam kimi münasibətə yönləndirməkdir. Türkiyə öz davranışı ilə dünyaya sübut etməyə çalışır ki, Osmanlı Türkiyəsi ilə Cümhuriyyət, ya da AK Parti Türkiyəsinin insanlara və millətlərə münasibətdə heç bir fərqi yoxdur; türklər soyqırım törədən yox, soy fərqi qoymadan, hər kəsə qucaq açan böyük bir millətdir...

Hər nədirsə, ermənilər günün bu günündə də özlərini Türkiyədə olduqca rahat hiss edirlər. İrəvanda, indiki Ermənistan dövlətində tək bir türkün qalmadığı, yaşamadığı halda, Türkiyədə, konkret olaraq İstanbulda onminlərlə erməni yaşayır, işləyir və Türkiyə vətəndaşı kimi, bütün haqlara sahibdir. Lakin onlar və onların tərəfdarları heç dinc durmurlar. İrəvandakı bir erməni ilə İstanbuldakı hər hansı bir erməninin Azərbaycana və onun Dağlıq Qarabağ probleminə baxışında heç bir fərq yoxdur. Türkiyənin və bu demokratik dövlətin imkanlarından Azərbaycana qarşı istifadə etməkdə də onlara heç bir qadağa qoyulmayıb.

Hətta zaman-zaman ermənilərin müxtəlif vasitələrlə Türkiyədə öz mövqelərini möhkəmləndirmək, rəsmi Ankaranın yürütdüyü siyasətə təsir göstərmək və Ermənistanın maraqlarına uyğun iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək istiqamətində səyləri açıq müstəviyə keçir.


2011-ci ildə imzalanmış və sonra da məlum səbəblərdən nəticəsiz qalmış Sürix protokolları buna əyani sübutdur. Sirr deyil ki, bu məsələdə həm Ermənistan dövlətinin, həm də erməni lobbisinin, habelə milli mənliklərini, türk kimliyini unutmuş ünsürlərin imkanlarından istifadə olunur. Örnək kimi bir hadisəni göstərək: bu ilin sentyabrında mərkəzi Ermənistanda yerləşən “Arm camp”ın (“erməni düşərgəsi”) dəstəyi və Türkiyədə yaşayan ermənilərin təşkilatçılığı ilə Van və Qars vilayətlərində düşərgə təşkil olunub və həmin düşərgəyə Ermənistan və Türkiyədə yaşayan ermənilərlə yanaşı, xarici ölkələrdən çoxsaylı erməni qatılıb. Sentyabrın 9-da isə Van vilayətinin Gevaş qəsəbəsində yerləşən Akdamar kilsəsində üç illik fasilədən sonra ermənilər tərəfindən yenidən dini ayin həyata keçirilib. Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy, Van valisi Murat Zorluoğlu və digər rəsmi şəxslər, həmçinin Türkiyə ermənilərinin baş yepiskopu Aram Ateşyan iştirak ediblər.

Mehmet Nuri ersoy ile ilgili görsel sonucu

Çoxsaylı erməninin iştirak etdiyi ayində nazir M.N.Ərsoy və vali M.Zorluoğlu çıxış edərək bildiriblər ki, tədbirin təşkilində məqsəd bölgə turizmini inkişaf etdirməkdir. Vurğulanıb ki, əvvəllər olduğu kimi, hazırda da Türkiyədə ermənilərin dini azadlıqlarına, mədəniyyətlərinə hörmət bəslənilir, dəstəklənir və bu siyasət bundan sonra da davam etdiriləcək. Tədbirdə Ermənistan və qondarma “DQR”-in hər hansı atributu nümayiş etdirilməyib və Ermənistan bayraqları ilə tədbirə gələnlər tədbirə buraxılmayıblar. Lakin iştirakçılar bölgənin müxtəlif yerlərində Ermənistan bayrağı ilə şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıblar.



Göründüyü kimi, ermənilər heç zaman Türkiyədə mövqelərini möhkəmləndirmək və bu ölkə ilə Azərbaycan arasında nifaq yarada biləcək hallar yaratmaq siyasətindən əl çəkməyiblər. Buna görə də istər hər iki qardaş ölkənin rəsmiləri, istərsə də ictimaiyyət nümayəndələri ayıq-sayıq olmalı, erməni təxribatlarının qarşısını almaq üçün birgə səylərini davam etdirməlidirlər.

“Yeni Müsavat” olaraq bildiririk ki, Türkiyə hər zaman Azərbaycanın arxasında dayanıb, onun haqq davasının və problemlərinin həllində dəstəkçi olub. Türkiyə iqtidarı və xalqı Azərbaycanı qeydsiz-şərtsiz müdafiə edib. Erməni işğalına məruz qalmış Dağlıq Qarabağ və digər ərazilərimizin düşmən caynağından qurtarılması üçün də əlindən gələni edir. Lakin üzülərək və təəssüflə bildiririk ki, Türkiyədə çox ciddi erməni lobbisi var; ermənilər qardaş ölkənin bir sıra ciddi media quruluşlarından da zaman -zaman dəstək ala bilirlər. Bir sıra hallarda Türkiyənin bəzi tanınmış simaları, yazar və sənətçiləri İrəvana, hətta işğal altındakı Dağlıq Qarabağ ərazilərinə gedir, özlərini erməni heyranı və dəstəkçisi kimi aparır. Bu cür hallar Fransada, Almaniyada, İngiltərədə yaşayan tanınmış simalar tərəfindən ediləndə, bu ölkələrin parlamentləri, iqtidarları ikili standartlarla davrananda və erməni tərəfdarı kimi çıxış edəndə xalqımız belə durumda mətanətli ola, faktlara sakit yanaşa bilir. Lakin Türkiyəni özümüzün hesab etdiyimiz üçün orada Azərbaycan xalqının əleyhinə, ermənilərinsə lehinə baş verən ən kiçik hadisəni də xalq olaraq, faciə kimi qarşılayırıq. Buna da haqqımız və ərkimiz çatır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR