Ermənistan yeni inqilab astanasında - TƏHLİL

8-12-2018, 16:25 366 dəfə baxılıb

Ermənistan yeni inqilab astanasında - TƏHLİL

Ermənistanda ötən ayın 26-da başlayan parlament seçkilərinin təbliğat və təşviqat prosesinin gedişi bu ölkənin siyasi qüvvələri arasında ziddiyyətlərin daha da kəskinləşdiyini aydın surətdə nümayiş etdirir.

Dekabrın 9-da keçiriləcək parlament seçkilərində "Mənim addımım” blokunun rəhbəri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu gedişlə seçkilərdə qalib gələcəyi barədə proqnozların alt-üst olması da istisnalıq təşkil etmir. Ona qarşı çıxan qüvvələr indi daha sərt şəkildə Paşinyanı müxtəlif məsələlərdə ittiham edərək bu şəxsin ölkəni uçuruma doğru yuvarladığını bildirirlər.

Sarkisyan-Paşinyan çəkişməsi

Respublikaçılar Partiyasının sədri Serj Sarkisyanın birinci müavini, sabiq müdafiə naziri Vigen Sarkisyan Nikol Paşinyanı ölkəni məhv etməkdə ittiham edib. Bu fonda o, Paşinyanı ictimai formada açıq siyasi debata da çağırıb. Bildirib ki, 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün təşviqat kampaniyasında Paşinyanın əvvəlki hökumətə qarşı təhqirlərini və əsassız tənqidlərini, həmçinin Ermənistan cəmiyyətini "ağlara” və "qaralara” ayırmasını və bununla da, seçki prosesini ləyəqətsiz şəkildə alçatmasını nəzərə alaraq, yalnız Respublika Partiyası və "Mənim addımım” blokunun birinci şəxsləri səviyyəsində İctimai televiziyada ayrıca teledebatın keçirilməsi vacibdir.

Lakin Paşinyanın mətbuat katibi Vaan Kostanyan jurnalistlərə açıqlmasında bəyan edib ki, "Mənim addımım” bloku hələ ki televiziyalarda qanunla nəzərdə tutulmuş ödənişli təşviqat vaxtından istifadə etməyəcək. Bunun qarşılığında jurnalistlər Paşinyan blokunun İctimai televiziyadakı ödənişsiz təşviqat vaxtından istifadə etmədiyini irad tutublar. Kostanyan isə sadəcə deyib ki, lazımi zamanda onlara ayrılan vaxtdan istifadə edə bilərlər.

Erməni mediasında Paşinyanın "Mənim addımım” blokunun bu mövqeyi "qorxaq addım” kimi dəyərləndirilib. Kostanyanın keçirdiyi mətbuat konfransında jurnalistlər onu da irad tutublar ki, "Mənim addımım” blokunun təşviqat videoçarxlarının sakit və sülh-sosial mahiyyətilə Paşinyanın təşviqat kampaniyası çərçivəsində etdiyi çıxışlar arasında heç bir məntiqi bağlılıq və uzlaşma yoxdur. Onların fikrincə, Paşinyan Ermənistanın gələcəyi ilə bağlı müfəssəl seçki platforması təqdim etmək əvəzinə çıxışlarında əvvəlki hakimiyyətə münasibətdə döyüş ritorikası ilə silahlanıb. Bu cür əsaslı iradlar qarşısında aciz qalan Kostanyan isə Paşinyanın guya mövcud siyasi vəziyyəti müxtəlif rakurslardan əhalinin diqqətinə çatdırmağa və ölkənin gələcəyi barədə uzunmüddətli mesajlar verməyə çalışdığını deyərək suallardan yayınıb.

Seçkiqabağı təbliğat iflasa uğradı

Baş verənlərlə bağlı "yerkramas.org” saytı yazır ki, seçkilər Ermənistanda ziddiyyətlərin daha da dərinləşdiyini aydın şəkildə nümayiş etdirir: "Mənim addımım” təbliğat blokunun seçkiqabağı təbliğatı Nikol Paşinyan üçün açıqca qəliz olan Sünik şəhərində iflasa uğrayıb.

Nikol Paşinyan oktyabrda polis rəisinin keçmiş birinci müavini Unan Poqosyanı bu şəhəri idarə etməyə göndərib və bu kadr təyinatı təkcə Sünikdə deyil, bütün respublikada anlaşılmaz qəbul edilib. Cəmiyyət inqilabi komanda ilə keçmiş sistem arasında bu sayaq güzəştlərə hələ hazır deyildi, bunun zəruriliyi nə qədər etiraf edilməsə də. Çünki istənilən inqilabın ardınca barrikadaların sökülməsi mərhələsi gəlir. Unan Poqosyanın təyinatından bir neçə gün sonra Nikol Paşinyanın partiyadaşı Qafanda erkən mer seçkilərində məğlubiyyətə düçar oldu və ola bilsin, bu, inqilabsonrası Ermənistanda "Vətəndaş sazişi” partiyası təmsilçisinin seçkilərdə uduzduğu yeganə hadisədir.

Paşinyan Qafandakı seçkiləri bunca dəyərləndirib, neçə dəfə bu məsələyə üz tutub, başqa sözlə, baş nazir bu məsələdə daim özünə zidd gedir. Paşinyan əvvəlcə Qafandakı seçkiləri inqilabi dəyərlərin kapitallaşdırılmasının bəlirtisi sayıb, sonra "Qafan sindromu”ndan danışaraq eyham vurub ki, bu, əksinqilabın qələbəsiydi. Amma bu vəziyyət Paşinyanın artıq ciddi problemlərinin başladığını göstərir.

Nikol Paşinyan bütün komandasıyla birgə cəmiyyəti birləşdirməyi bacarmır. Onun təyin etdiyi qubernatorlar, yumşaq deyilsə, cəmiyyətin hörmətinə malik deyilsə, onda adamları mitinqə gətirmək və yaxud yönəltmək üçün bəzən çox da tanış olmayan üsullara əl atmağa məcbur olurlar. Artıq məbutatda siqnallarla üzləşirik ki, Şirak, Lori, Qeharkunik, Kotayda vilayət rəsmiləri inzibati resurslardan gizli istifadəyə əl atırlar. "Mənim addımım” blokunun buna ehtiyacı yoxdur, amma qubernatorların çoxu partiyadaxili, ya da komandadaxili rəqabətdədir.

"Gündəliyi Paşinyandan daha çox Respublika Partiyası diktə edir”

Nikol Paşinyanın özü cəmiyyətə proqramlar əvəzinə keçmiş sistemin təmsilçilərilə bağlı kriminal mənzərə təqdim edərək dövlət və seçki gündəliyini çox tez-tez birləşdirir. Bu, yumşaq deyilsə, hakim blok və ya baş nazirin cəmiyyəti inqilab idealları və yaxud gələcəyə tuşlanmış proqramlar ətrafında deyil, general Manvelə nifrət fonunda birləşdirməsi yaxşı siqnal deyil.

Biz hesab edirik ki, Nikol Paşinyanın min bir problemi olan strateji önəmli Sünik mərzində "Yerkarp” könüllülər birliyinin keçmiş sədrinə məxsus saxta mülkiyyət sənədlərindən danışması yaraşmır. Bu, hər şeydən qabaq, doğrudan da, xəbər verir ki, hakim blok dövlət kanallarıyla alınan məlumatları zamanında siyasi məqsədlər üçün istifadə edir ki, bu da təkcə seçki prosesinə deyil, həm də konkret məsələyə kölgə salır, sonra isə inqilab komandasında rasional proqramın yoxluğunu üzə çıxarır. "Mənim addımım” blokunun seçkiqabağı kampaniyasındakı taktiki təzad da buradan meydana çıxır. Yerevandakı seçkilərdən fərqli olaraq, indiki halda gündəliyi Nikol Paşinyandan çox Ermənistan Respublika Partiyası daha çox diktə edir.

Ziddiyyəti də bu doğurur, çünki baş nazirin birinci müavini Tiqran Avinyan Respublika Partiyasının parlamentə keçməkdə heç bir şansa malik olmadığını deyirsə, onda, ola bilsin, Paşinyanın çıxışlarının böyük bir hissəsinin Respublika Partiyasına həsr edilməsi mənasızlığa çevrilir. Qafanda yerli seçkilər məsələsində baş nazirin təzadlı mövqeyini də rasional proqramların yoxluğu doğurur və bu şəhərdə Paşinyanın sözlərinin necə qəbul edildiyi və ya parlament seçkilərinin nəticəsinin necə olacağı aydın deyil. İstənilən halda Qafan Paşinyanın "Axilles dabanı”na çevrilə bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR