Türk Ordusu Suriyaya girir – PKK və İŞİD-ə cavab veriləcək

29-06-2015, 10:14 1037 dəfə baxılıb

Türk Ordusu Suriyaya girir – PKK və İŞİD-ə cavab veriləcək
















“Sabah (bu gün:red) Milli Təhlükəsizlik Şurasının iclası var. Suriyaya qoşun yeridib-yeritməməklə bağlı suallara orada cavab verəcəyik. Bununla bağlı lazımı açıqlamalarımız olacaq. ”Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Suriyaya qoşun yeridəcəyi ilə bağlı iddiaları cavablandırarkən verib.
Qeyd edək ki, Türkiyə mediası baş nazir Əhməd Davudoğlunun Suriyanın ölkəsi ilə sərhədi ərazilərinin PKK və İŞİD-in əlinə keçməsindən əndişələndiyini və orduya döyüş əmri verdiyini yazıb. Prezident Ərdoğan isə son açıqlamalarında Suriyanın Türkiyə ilə sərhəd ərazilərində yeni bir dövlətin meydana çıxmasına izn verməyəcəklərini deyib.
Siyasi şərhçilərin fikirincə, Qərb Suriyanın Türkiyə ilə sərhəd ərazilərində PKK-nın təsirində olan kürd dövləti qurmaq istəyir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR