Rusiyada bir neçə erməni saytı blok edilib

6-02-2019, 16:36 332 dəfə baxılıb

Rusiyada bir neçə erməni saytı blok edilib

Rusiyada bir sıra erməni saytlarının bloklanması texniki xarakter daşıyır, bu problem Ermənistanın Moskvadakı səfirliyi ilə vasitəsilə həll olunur.

bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

"Biz problem haqqında məlumatlıyıq, Ermənistanın Rusiyadakı səfirliyi bu problemin həll olunması üçün hər gün Rusiyanın müvafiq orqanları ilə əlaqədədir"- deyə Naqdalyan vurğulayıb.

Onun sözlərinə görə, bu problem müəyyən mənada öz həllini tapıb: "Məsələ həm də texniki xarakter daşıyır. Biz bu problemlə üzləşən KİV-i operativ şəkildə XİN-ə müraciət etməyə çağırırıq".

Qeyd edək ki, daha əvvəl "Aysor.am" nəşri onun və bir neçə digər erməni saytının Rusiya ərazisində bloklanması məlumatını yayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR