Təcili: MTN və Türkiyə kəşfiyyatı Bakıda Fətullah Gülən şəbəkəsinə qarşı birgə əməliyyat həyata keçirdi - Həbs olunanlar var

20-09-2015, 16:10 848 dəfə baxılıb

Təcili: MTN və Türkiyə kəşfiyyatı Bakıda Fətullah Gülən şəbəkəsinə qarşı birgə əməliyyat həyata keçirdi - Həbs olunanlar var




















Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Türkiyənin Mİlli Kəşfiyyat Təşkilatı (MİT) Bakıda Fətullah Gülən şəbəkəsinə qarşı böyük əməliyyat həyata keçirib

Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin hakimiyyətə yaxın media orqanları məlumat yayıb.

Məlumata görə, MTN və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə apardığı əməliyyatda 30-a yaxın Gülənçi saxlanılıb.

Xəbərdə qeyd olunur ki, təhlükəsizlik qüvvələri Bakının Yasamal rayonu Şərifzadə küçəsində yerləşən, Fətullah Gülən şəbəkəsinin binalarında əməliyyat keçirib.

Türk mətbuatı eyni zamanda, Türkiyənin Xarici İşlər naziri Firudin Sinirlioğlunun rəsmi görüşlər keçirmək məqsədilə 4 gün əvvəl Bakıya gəlməsini xatırladaraq, onun prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşdüyünü bildirir.

Qardaş ölkənin mediası nazir Elmar Məmmədyarovun Fətullah Gülən şəbəkəsi ilə bağlı suala belə cavab verdiyini yazıb.

"Biz Türkiyəylə mütəmadi olaraq danışıqlar aparırıq. Hər sahədə əməkdaşlıq edirik. Azərbaycan Türkiyənin milli maraqlarına uyğun olan məsələlərə dəstək verir."


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR