Aşiq olmuş rusiyalı azərbaycanlı qız ilə evlənmək üçün bütün borclarını ödədi

22-09-2015, 14:02 668 dəfə baxılıb

Aşiq olmuş rusiyalı azərbaycanlı qız ilə evlənmək üçün bütün borclarını ödədi




















“O, ömürlük subay qalmaqdan qorxub”

Rusiyanın Sverdlovsk vilayətinin Alapayevski rayonunun sakini subay qalmaqdan qorxaraq yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələri ödəyib.

azinfo.tv Rusiya KİV-nə istinadən xəbər verir ki, kişi bütün cərimələri ödəməli olub ki, nişanlısını Azərbaycandan gətirə bilsin.

O, altı ay müddətində gizlənib, 30 min rubldan çox cərimə toplayıb. Məhkəmə pristavları onu qeydiyyatda olduğu ünvan üzrə uzun müddət tapa bilməyiblər. Növbəti dəfə gəldikdə isə evdə kirayə qalan şəxslə görüşüblər. Evi kirayə verən zaman bağlanılan müqavilədə ev sahibinin mobil telefon nömrəsi olub.

Bu yol ilə məhkəmə pristavı onunla əlaqə quraraq borcunu beş gün müddətində ödəmədiyi təqdirdə ölkəni tərk edə bilməyəcəyini söyləyib.

Kişi bu tədbirdən çox qorxub, axı bu günlərdə Azərbaycana öz nişanlısının ardınca getməli idi.

“Bu xəbərdarlıq vətəndaşa öhdəçiliklərini yerinə yetirmək üçün stimul olub, axı o, bu günlərdə nişanlısını gətirmək üçün Azərbaycana getməyə hazırlaşırdı. Öz məsuliyyətsizliyi ucbatından subay qalmaqdan qorxan adam elə həmin gün tələb olunan məbləği ödəyib”, - məhkəmə pristavları bildiriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR