Türk millət vəkili: “Xocalıdakı dəhşətli hadisəni unutmaq mümkün deyil”

26-02-2019, 12:33 340 dəfə baxılıb

Türk millət vəkili: “Xocalıdakı dəhşətli hadisəni unutmaq mümkün deyil”
Ermənistan ordusu tərəfindən Xocalıda həyata keçirilən dəhşətli hadisəni unutmaq mümkün deyil.

Moderator.az xəbər verir ki, Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürkün “Ölkə.Az”a verdiyi xəbərə görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı Dursun Çiçək bildirib.

“1992-ci ilin 25-dən 26 –sına keçən gecə Ermənistan ordusu Dağlıq Qarabağın Xocalı şəhərinə girərək yerli dinc insanları vəhşicəsinə öldürdülər. Rəsmi rəqəmlərə görə, 83 uşaq, 106 qadın olmaqla 613 azərbaycanlı qardaş və bacılarımız qətlə yetirildilər. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, cəsədlərin üzərində işgəncə izləri var idi. Aralarında erməni jurnalistlərin olduğu xarici nümayəndlər olmaqla, qətlə yetirilən azərbaycanlıların dərilərinin üzüldüyünü, gözlərinin çıxarıldığı və bir çoxunun başının kəsildiyi faktı etiraf edilib”.

Dursun Çiçək 1915-ci ildə ermənilərin Şərqi Anadoluda illərdir qonşuluq etdiyi məsum türkləri qətlə yetirdiklərini diqqətə çatdırıb.
“O zaman Osmanlı ordusunun məntiqi dəstəyini maneə törətməyə çalışan erməni terrorçular bu dəfə tarixə Xocalıda dəhşətli cinayətləri həyata keçirtdilər. Həmin bölgələrdə erməni terrorçuları tərəfindən həyata keçirilən soyqırım iddialarını inkar edənlər öz qaranlıq tarixinə qarşı çıxmalıdırlar. Günahsız insanları öldürənləri şiddətlə qınayırıq. Başda Xocalı olmaq üzrə, erməni terrorçularının bu günə qədər öldürdüyü günahsız insanları rəhmətlə xatırlayır və ailələrinə dərin hüznlə başsağlığı verirəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR