Zaxarova erməni jurnalisti yerində oturtdu: - "Məni qorxutmayın"

15-03-2019, 23:25 368 dəfə baxılıb

Zaxarova erməni jurnalisti yerində oturtdu: - "Məni qorxutmayın"

Erməni jurnalistin Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinqində verdiyi suala nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova fərqli reaksiya verib.

Ermənistan mediasını təmsil edən jurnalist Dağlıq Qarabağda qondarma qurumun keçirdiyi “təhlükəsizlik şurası”nın iclasında özünü katib adlandıran şəxsin üçtərəfli sazişin imzalanması təklifi ilə çıxış etməsinə Rusiya XİN-nin münasibətini soruşub. M.Zaxarova erməni jurnalist məlum sualı səsləndirərkən "məni qorxutmayın" deyərək reaksiya verib. Daha sonra o, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak edib-etməməsinin mümkünlüyü barədə suala artıq cavab verdiyini və Rusiyanın bu mövqeyinin sualda qaldırılan məsələyə də aid olduğunu vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR