Paşinyan Vyana görüşü öncəsi generalları niyə topladı? - TƏHLİL

27-03-2019, 10:48 359 dəfə baxılıb

Paşinyan Vyana görüşü öncəsi generalları niyə topladı? - TƏHLİL
Dünən axşam Paşinyanın Müdafiə Nazirliyində generallarla görüşməsi təsadüfi deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Vyana görüşünə bir neçə gün qalmış bu görüşün keçirilməsi görüşdən sonrakı vəziyyətlə bağlı narahatlıq olduğunu göstərir:

“Prezidentlər arasında keçiriləcək görüş nəticəsiz bitərsə, erməni ordusuna hazır olmaq tapşırılıb. Azərbaycan hər parametrinə görə Ermənistan qarşısında üstünlüyə malikdir. Vyana danışıqları çox vacibdir. Paşinyandan konkret mövqe istəniləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında 29 martda Vyanada Qarabağla bağlı görüş keçiriləcəyi gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR