Paşinyan üçün kritik 3 ay: Ermənistan böhrana yuvarlanır - TƏHLİL

1-04-2019, 08:43 346 dəfə baxılıb

Paşinyan üçün kritik 3 ay: Ermənistan böhrana yuvarlanır - TƏHLİL

Ermənistan hökuməti apreldə “məxməri inqilab”ın ildönümünü qeyd etməyə hazırlaşır.

Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsindən ötən on bir ay ərzində Ermənistanda sosial-iqtisadi dəyişikliyə səbəb olmayıb.Əhalinin maddi rifah halının pisləşməsi artıq N.Paşinyanın reytinqinin aşağı düşməsi və ölkədə etirazların baş qaldırması ilə müşahidə olunur.

Ermənistan parlamentində işləyən xadimələr yenidən etiraz aksiyası keçirib.Onlar əvvəlki əmək müqaviləsi ilə təyin olunmuş maaşların verilməsini tələb ediblər.Xadimələr öz tələblərini parlamentin vitse-spikeri Vahe Yenfiacyana çatdırıblar.Etirazçılar bildiriblər ki, onlara təxminən 82 dollar əməkhaqqı təklif olunur.

Vitse-spiker xadimələrin tələbini parlamentdə səsləndirəcəyinə söz verib.Qeyd edək ki, ötən həftə İrəvan Dram Teatrının yaxınlığında sökülən kafelərin sahibləri şəhərin mərkəzi küçələrini bağlayaraq kütləvi etiraz aksiyası keçirib.

Etirazçılar hökumətin onları işsiz qoyduğuna görə baş nazir Paşinyanın istefasını tələb etmişdi.Paşinyan isə parlamentdəki çıxışı zamanı son 10 ayda hökumətin uğurlu addımlar atdığını söyləsə də, kənd təsərrüfatında geriləmə olduğunu təsdiqləyib.

Paşinyan qeyd edib ki, hakimiyyət dəyişikliyindən sonra Ermənistanda ərzaq məhsullarının istehsalı 25 faiz, alkaqollu içkilərin istehsalı 30 faiz, geyim 15 faiz, siqaret istehsalı isə 17 faiz artıb. Lakin ekspertlər hesab edir ki, Ermənistanın iqtisadiyyatında baş vermiş 5 faizlik artım hələ insanların özünü xoşbəxt hesab etməsi üçün kifayət etmir. Ermənistan Respublikası İşəgötürənlər İttifaqının sədri Qagik Markaryan bildirib ki, Ermənistan hökuməti öz iş üslubu ilə müxtəlif dövrlərdə investorlar üçün imkanları daha çox məhdudlaşdırıb. Bu sahədə görülən işlər real həyatda deyil, daha çox kağız üzərində və beynəlxalq müqavilələrdə həyata keçirilib.

Markaryan bildirib ki, Ermənistanda xarici investiya olmadığından qiymətli kağızlar bazarı inkişaf etmir.Ölkədə əsas maliyyə mənbələri banklardır.Müxtəlif sahələrdən olan müəssisələrin maliyyələşməsi banklarla məhdudlaşır.Ekspert bildirib ki, Ermənistanın 2019-cu ilə dair dövlət büdcəsi ölkədə iqtisadi artımın səviyyəsinin 5 faiz təşklil etdiyini göstərir.

Lakin bu heç də uğurlu nəticə deyil.“Bu, özümüzü xoşbəxt hiss edə biləcəyiniz bir göstərici deyil.İqtisadi artım ikirəqəmli olmalıdır. Böyüməni təmin etmək üçün islahatları doğru bir şəkildə yerinə yetirmək lazımdır, ən əsası, vəzifəli şəxslər məsuliyyət duyğusuna sahib olmalıdırlar”-deyə Markaryan bildirib.

Qeyd edək ki, Ermənistan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu ilin ilkin iqtisadi göstəricilərinə dair verdiyi məlumatdan görünür ki, xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur.Ermənistan iqtisadiyyatı idxaldan asılı olaraq qalır.2019-cu ilin yanvar-fevral aylarında Ermənistana 674 milyon dollarlıq mal və məhsul idxal edilib. İxrac məhsullarının həcmi həmin dövrdə 337,9 milyon dollar təşkil edib.

Ona görə də Ermənistanda artan narazılığın növbəti siyasi qarşıdurmaya gətirib çıxaracağı istisna edilmir.

Siyasi ekspertlərin fikrincə, yay aylarına yaxın Ermənistanda hökumət əleyhinə kütləvi aksiyalar baş qaldıra bilər.
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR