Spirtli içki qəbulu və depressiya arasında əlaqə...

6-05-2019, 15:10 479 dəfə baxılıb

Spirtli içki qəbulunun orqanizmə təsiri, fəsadları barədə çox deyilib, çox yazılıb. Bəs spirtli içki içməyin psixi vəziyyətə təsiri hansı səviyyədə olur?

Psixiatr, uzman həkim Fuad Bəşirov spirtli içki qəbulu ilə depressiya arasına əlaqə barədə yazıb.

Spirtli içki qəbulu və depressiya arasında əlaqə...

Spirtli içkilərin dadı çox vaxt yetkin insanların xoşuna gəlir. Spirtli içki qəbulu, xüsusi ilə utancaqlıq da varsa, insanlarla ünsiyyət qurmanı asanlaşdırır, dincəlməkdə kömək edir. Eyni zamanda avtomobil idarəsində çətinlik, qərar vermə bacarığının müvəqqəti itirilməsinə yol açır. Təbii ki, alınan spirtin miqdarından asılı olaraq qavramanın pozulması da şiddətlənir.

Əgər içməyə davam edilərsə, ayaq üstə durmaqda çətinlik, nitqdə pozulma (səyləmə), səhəri gün peşman olunacaq sözlər deyilməyə başlanar. Daha çox içilməyə başlandığında yuxusuzluq, baş ağrısı, narahatçılıq hissi şiddətlənər və ya huşsuz vəziyyətə keçilə bilər. Növbəti gün isə nələrin baş verdiyi xatırlanmır.

Spirtli içki bir neçə saatlığına özünü yaxşı hiss etmək üçün yaxşı vasitə ola bilər. Əgər enerjiniz azdırsa, əhval-ruhiyyəniz aşağıdırsa, spirtli içki müvəqqəti kömək edə bilir. Bu problemlərin həlli üçün dərman kimi gündəlik içki qəbulu asan olur, ancaq məsələ ondadır ki, bu təsirlər tezliklə köhnəlir və içmə müntəzəm bir davranışa çevrilir. Bu zaman aşağıdakılar hiss edilməyə başlanır.

Uzunmüddətli spirtli içki qəbulu nələrə səbəb olur?

İçki içmək seçim olduğu halda artıq məcburiyyət halını alır;

Daha erkən saatlarda içilməyə başlanır;

İşlərdə axsamalar yaranır;

Gündəlik içmə davranışı münasibətlərə mənfi təsir edir;

İçkinin verdiyi zərərlərə baxmayaraq içməyə davam edilir;

REKLAM


Eyni təsiri görmək üçün daha çox içməyə başlanılır (tolerans);

İçkinin əhəmiyyəti qalan bütün münasibətlərin, davranışların, işlərin önünə keçir;

İçkinin uzun müddətə olan təsirləri;

Psixoz halı - yanınızda heç kim olmadığı halda səs eşitmə;

Demensiya - yaddaşın itirilməsi;

Fiziki zərərlər - orqan xəstəlikləri.

Spirtli içki qəbulu ilə depressiya arasında əlaqə nədir?

Əsas bir əlaqənin olduğunu bilirik, hansı ki, özünə zərər verən və ya intihar edən insanlar spirtli içki qəbul edənlər arasında daha çox görülür. Bu iki yolda özünü göstərə bilər: Gündəlik depressiyada olmağa səbəb olan davamlı içmələr və ya həyəcan təşvişi azaltmaq üçün istifadə edilən içmələr. Hər iki yolda da spirt beyinin kimyasına təsir edir, depressiya riskini artırır. Xəstə həyəcanlı, əsəbi, gərgin, özünü günahkar hesab edir. Ailə və dostlarla tez-tez olan münaqişələr, iş yerində ortaya çıxan problemlər, cinsi problemlər həyatı yaşanılmaz edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR