İdman insan ömrünü qısaldırmış - ARAŞDIRMA

7-08-2019, 14:16 387 dəfə baxılıb

İdman insan ömrünü qısaldırmış - ARAŞDIRMA


Finlandiya alimləri idmanın insan ömrünə təsiri ilə bağlı araşdırma aparıblar.

e-tibb.az-ın xəbərinə görə, tədqiqat nəticəsində onlar belə qənaətə gəliblər ki, sağlam həyat tərzi kütləvi şəkildə idman fəaliyyətini özündə cəmləşdirsə də, fiziki fəaliyyət insan ömrünün 16 faiz qısalmasına səbəb olur.


Mütəxəssislər bildiriblər ki, insan ömrünün uzunluğu genetika ilə bağlıdır, onu hər hansı bir vasitə ilə, eləcə də idmanla uzatmaq mümkün deyil. Əksinə, idman ömrün qısalmasına səbəb olur. Alimlər bununla bağlı genetik cəhətdən oxşar siçovullar seçib, onlar üzərində təcrübə aparıb, həyat tərzlərini izləyiblər.

Fiziki fəaliyyətlə məşğul olan canlıların onlarla eyni, ancaq fiziki cəhətdən aktiv olmayan həmcinslərinə nisbətən 16% az yaşadıqları müəyyən edilib.

Elm adamları əkizlər üzərində aparılan təcrübə nəticəsində də belə qənaətə gəliblər ki, insanların da ömrü siçovullarda olduğu kimi idmanın təsirindən qısalır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR