Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?

13-07-2020, 11:11 368 dəfə baxılıb

Müntəzəm fiziki aktivlik tənəffüs yolları xəstəliklərinə yoluxma riskini azaldır.

Rusiyadan olan mütəxəssislər apardıqları tədqiqata əsasən bu qənaətə gəliblər. Daimi olan yüngül fiziki fəaliyyət koronavirus da daxil olmaqla tənəffüs yollarının xəstəlikləri riskini azaldır. Tamamilə fiziki işin olmaması və ya idmana həddən artıq ehtiras əks təsir göstərə bilər. Rusiyanın Epidemiologiya və Mikrobiologiya Federal Tədqiqat Mərkəzinin tədqiqatçılarına görə, fiziki fəaliyyət səviyyəsi insanın infeksiyaya qarşı müqavimətinə təsir göstərir.

Hesab olunur ki, idman etməyənlər və həyatda az aktiv olanlar tənəffüs yolu ilə keçən yoluxucu xəstəliklərə daha çox həssasdırlar. Eyni təsir həddindən artıq çox idman edənlərdə də müşahidə olunur. Tədqiqat zamanı məlum olub ki, müntəzəm olaraq idmanla məşğul olan idmançılar və həvəskarlarda digərləri ilə müqayisədə tənəffüs yolu ilə infeksiyaya yoluxma hallarının çox aşağıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR