“WhatsApp”da daha bir yenilik – Mesajların avtomatik silinməsi funksiyası istifadəyə veriləcək

6-11-2020, 12:24 216 dəfə baxılıb

“Facebook” şirkəti “WhatsApp” messencerində müəyyən bir müddətdən sonra yazışmaların avtomatik silinməsinə imkan verəcək yeni funksiyanı işə salacağını elan edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

“İtən mesajlar” adlanacaq bu funksiya aktivləşdirildiyi zaman göndərilən mesajlar 7 gündən sonra silinəcək. Sözügedən funksiyanın bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacağı bildirilir/APA.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR