"McDonald"sun populyarlığının sirri

26-03-2016, 11:06 828 dəfə baxılıb

"McDonald"sun populyarlığının sirri












McDonalds artıq uzun müddətdir ki, fenomen hesab olunur

İnsanların “fast food”u qeyri-sağlam qida hesab etmələrinə və McDonald`s restoranlarında hər zaman insanların çox olmasından şikayətlənmələrinə baxmayaraq, McDonald`s bugün də dünynın ən məşhur fast food şəbəkəsi hesab olunur.

Bəs “McDonald`s”ın populyarlığının sirri nədir?

McDonald`s restoranları hər zaman böyük universitet binalarının yaxınlığında və ya şəhərin mərkəzindən digər yaşayış məntəqələrinə aparan yolların kənarlarında yerləşir.

McDonald`s restoranlarında təklif olunan “Happy Meal” adlı yemək uşaqların diqqətini xüsusilə cəlb edir. Əslində bu fikir marketinq baxımından təqdirəlayiq ideyadır. Bu zaman müştərilərə adi burger, fri kartofu və sərin içki ilə yanaşı, məşhur cizgi filmlərdə rast gəlinən qəhrəmanların kiçik oyuncağını da təqdim edirlər. Bütün bu sadalananlar rəngli qutunun içinə yerləşdirilməklə həm görüntü, həm də ideya olaraq müştərinin diqqətini cəlb etməyi bacarır.

Əgər müştəri sifariş etdiyi dondurmanın, kartofun və ya içkinin ölçüsünü, yəni hansı porsiyada olduğunu qeyd etmirsə, bu zaman şirkətin qəbul etdiyi standarta əsasən həmin müştəriyə ən böyük ölçülü sifariş təqdim olunur.

Demək olar ki, həmişə müştəriyə artıq sifariş etdiyi qidalardan əlavə daha nəsə seçmək təkif olunur.

Yemək zamanı soyuq işkilərdən istifadə edilməsi iştahı artırır. Bu səbəbdən də McDonald`s restoranlarında içkilər hər zaman soyuq şəkildə təqdim olunur. Çay və kofenin qiyməti isə yüksəkdir.

Müştərilərin bu məkanda uzun müddət qalmaması üçün salonda dinamik musiqidən, bərk stullardan və o qədər də rahat olmayan divanlardan istifadə olunur. Bundan əlavə, masalar arasındakı keçidlərin geniş olmaması müştərilərin burada daha az vaxt keçirməsi üçün düşünülmüş bir ideyadır. Bunun əsas səbəbi isə şəbəkə sahiblərinin daha çox pul qazanmaq istəkləridir. Belə ki, müştərilərin bu məkanda daha çox qalması yeni gələn müştərilərə xidmət göstərilməsinin qarşısını alır və bununla da, restoran həm yeni müştərisini, həm də gəlirini itirmiş olur.

İnsanların əksəriyyəti dəyişikliyi xoşlamır. Bu səbəbdən də McDonald`s restoranlarında təklif olunan "Big Mak"ın dadı 1967-ci ildən bəri dəyişməyib. Amma bu o demək deyil ki, “McDonald`s”da yeniliklər yoxdur. Qeyd edək ki, restoranın menyusu müntəzəm olaraq yenilənir.

“McDonald`s”ın ən böyük uğuru sürətli xidmət və ucuz qiymət təklif etməyindədir.cazibe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR