Analara sevindirici xəbər: - Artıq uşağı atalar da əmizdirəcək...

15-03-2019, 12:28 345 dəfə baxılıb

Analara sevindirici xəbər: - Artıq uşağı atalar da əmizdirəcək...

Yaponiya mərkəzli bir texnologiya şirkəti ataların da yeni doğulan körpələrini əmizdirmək üçün uşaq əmizdirmə cihazı inkişaf etdirib. Uşaq qulluğunda anaların üzərindəki yükü azaltmağı hədəfləyən yeni cihaz atalar üçün geyim şəkildə hazırlanıb.

Moderator.az xəbər verir ki, yapon texnologiya şirkətinin təqdim etdiyi əmizdirmə cihazı ataların da süd prosesinə qoşulmasını təmin etmək üçün istehsal edilib.

Uşağın yemək vərdişinin korlanmaması üçün qadın sinəsinə bənzədilərək dizayn edilən əmizdirmə cihazları südün saxlanması üçün xüsusi bir qab və döş ucu ilə təchiz edilib.

Əvvəlcədən anadan alınan süd cihaza qoyulur və bu şəkildə atanın körpəni doyuzdurması təmin olunur. Cihaz həmçinin uşağın yuxu və qidalanma rejimini izləyərək valideynlərin məlumatlara nəzarət etməsinə imkan verir.

Şirkət rəsmiləri cihazın yeni doğuş etmiş anaların da yuxu problemini minimuma endirməsini və körpələrin qidalanma ilə yuxu rejimlərinin valideynin narahatlığına səbəb olmasının qarşısını almasına ümid edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR