Yeznəsini deşik-deşik edən şəxsin işi MƏHKƏMƏDƏ

29-05-2019, 13:31 323 dəfə baxılıb

Yeznəsini deşik-deşik edən şəxsin işi MƏHKƏMƏDƏ



Yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, B.Yaqubovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib.

Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.

Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

B.Yaqubov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR