Qadın yataq otağında başqa kişi ilə görüşdü, qaynı tutdu - Salyanda şok olay

31-07-2019, 19:47 511 dəfə baxılıb

Qadın yataq otağında başqa kişi ilə görüşdü, qaynı tutdu - Salyanda şok olay


Salyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin kasasiya şikayətinə baxılıb.

Zaur Quliyev 4 oktyabr 2016-cı il tarixdə, gecə saat 1-də Salyan şəhərindəki evinin birinci mərtəbəsində ailəsi ilə yaşayan qardaşı arvadı Gülşən Feyziyevanın yataq otağında kənar şəxslə intim əlaqədə olmasından şübhələnib.

Həmin vaxt qadının əri Məmmədağa Quliyev Bakı şəhərinə gedibmiş.

Zaur Quliyev mətbəxdən bıçaq götürərək Gülşən Feyziyevanın olduğu yataq otağına daxil olub. Orada uzaq qohumu Nurlan Xankişiyevin Gülşən Feyziyeva ilə birlikdə intim münasibətdə olduqlarını görüb.

Zaur Quliyev Nurlan Xankişiyevin ünvanına nalayiq sözlər işlədib, onun üzərinə hücum edib. O, bıçaqla Nurlan Xankişiyevin döş qəfəsidən zərbə vurub.

Nurlan Xankişiyev özünü müdafiə edərək, Zaur Quliyevin bıçaq olan əlindən tutub və özündən kənarlaşdırıb. Sonra Nurlan evdən qaçmaq istəyib.

Bu zaman Zaur Quliyev arxadan onun kürək nahiyəsinə daha iki zərbə vurub. Yaralı evdən qaçaraq gedib.

Daha sonra Zaur Quliyev gecə saatlarında Bakı şəhərində olan qardaşı Məmmədağaya zəng edib və evlərinin yataq otağında arvadı Gülşən Feyziyevanın Nurlanla intim münasibətdə olarkən yaxalaması barədə məlumat verib.

Məmmədağa ona telefonu Gülşən Feyziyevaya verməsini deyib. Həmin vaxt arvadı ilə telefonla danışan Məmmədağa ona dərman qəbul edərək özünü öldürməyi tələb edib. Əks halda Bakı şəhərindən qayıdaraq onu öldürəcəyini bildirib.

Məmmədağa Quliyev xəyanət etdiyinə görə arvadından qisas alaraq, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bu məqsədilə dərhal Bakı şəhərindən Salyan rayonundakı evinə gəlib.

Məmmədağa Quliyev səhər saat 5-də evinə çatıb və arvadının yatdığı yataq otağına daxil olub. O, içdiyi dərmanların təsirindən halsız vəziyyətdə çarpayıda üzü üstə uzanan Gülşən Feyziyevanın bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirib.

Daha sonra huşsuz vəziyyətdə olan arvadının boğazından yapışaraq boğmağa başlayıb.

İntihar etmək üçün dərman qəbul edən qadının isə həmin vaxt ona müqavimət göstərmək imkanı olmayıb. O, köməksiz vəziyyətdə olan Gülşən Feyziyevanı boğaraq öldürüb.

Məmmədağa Quliyevə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), Zaur Quliyevə isə 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədağa Quliyev 16 il, Zaur Quliyev isə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan məhkum qardaşlar apelyasiya şikayəti veriblər. Zaur Quliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Digər təqsirləndirilən Məmmədağa Quliyev isə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini xahiş edib.

Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məmmədağa Quliyevin apelyasiya şikayəti qismən təmin olunub.

Məmmədağa Quliyevin 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib. Zaur Quliyevin isə apelyasiya şikayəti təmin olunmayıb.

Daha sonra onlar kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, hər iki şəxsin kasasiya şikayəti təmin edilməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR