Erməni və çeşenlərin siqaret davası: Şəhərin mərkəzində 20 nəfəri yerə yatırdılar...

6-08-2019, 00:02 421 dəfə baxılıb

Erməni və çeşenlərin siqaret davası: Şəhərin mərkəzində 20 nəfəri yerə yatırdılar...

Polşanın Krakov şəhərində 20 qafqazlı saxlanılıb.

Polis şəhərdəki "Sülh" prospektində əməliyyat keçirib. Saxlanılan şəxslərdən silah, narkotik maddə tapılıb. Onların yaşadığı evlərdə axtarış aparılıb.

Saxlanılanlar əsasən Çeçenistan və Ermənistan vətəndaşlarıdır. Onlar ilkin ifadələrində bu şəhərdə keçiriləcək futbol yarışını izləməyə gedəcəklərini bildiriblər. Ancaq onların arasında siqaretlərin qanunsuz satışı ilə bağlı mübahisə düşüb. Krakov meydanlarında siqaretin qanunsuz satəşı getdikcə yayılır. Polşa mətbuatının məlumatına görə, qafqazlılar bu biznesi nəzarətə götürmək istəyiblər. Ancaq çeçen və ermənilər bəzi məqamlarla bağlı razılığa gələ bilməyib və mübahisə polisin diqqətini cəlb edib. cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR