Bakıda ərəblərin başına açılan oyun: ər-arvadın ilginc planı...

14-08-2019, 20:42 279 dəfə baxılıb

Bakıda ərəblərin başına açılan oyun: ər-arvadın ilginc planı...

Bakıda ərəblərə qarşı quldurluq etməkdə təqsirləndirilən 3 nəfər barəsində həbs qərarı çıxarılıb.

Musavat.com xəbər verir ki, bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən biri də qadındır.

Səbael Rayon Məhkəməsində Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında saxlanılan 3 nəfər şəxs barəsində qərar çıxarılıb. Qərara əsasən onların barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Saxlanılan Rəna Əliyeva (ad və soy ad şərtidir) barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Hadisənin təfərrüatı isə olduqca ilgincdir. Belə ki, Rəna Əliyeva masaj salonunda işləyirmiş. Ərəb turistlər masaj üçün onu kirayədə yaşadıqları evə çağırıblar. Məlumata görə elə cinayət hadisəsinin başlanğıcı da buradan olub.

Rəna Əliyeva ərəblərlə görüşməsi barədə həyat yoldaşı Qasım Əliyevə (ad və soy ad şərtidir) məlumat verib. Və qadın iddia edib ki, ərəblər ona təcavüz etmək istəyib. Qasım Əliyevin istintaqa ilkin izahatından belə məlum olub ki, o cinayəti qisas məqsədi ilə törədib.

Belə ki, iki əsgər yoldaşına bu barədə danışıb və onlardan ərəbləri döymək üçün kömək istəyib. Amma nəticədə üç əsgər yoldaşı ərəbləri döyməyib, onlara qarşı quldurluq ediblər. Ərəb turistlərin 1000 dollardan artıq nağd pulunu və bir neçə mobil telefonunu ələ keçiriblər.

Əsgər yoldaşlarının ərəblərin evinə necə getməsi də maraqlıdır. Belə ki, Rəna Əliyeva ərəb turistlərə zəng edərək onlara gəlmək istədiyini deyib. Ərəb qonaqlardan biri onu qarşılayıb və evə aparmaq istəyib. Bu zaman arxadan gələn üç əsgər yoldaşı evə daxil olaraq qeyd edilən cinayəti törədiblər.

İstintaqda isə hadisənin başqa təfərrüatları üzə çıxıb. Məlum olub ki, Qasım Əliyev öz həyat yoldaşının yüngül həyat tərzi sürməsindən məlumatlı imiş. Hətta onu bu işə özü məcbur edirmiş.

Qasım Əliyevin əsgər yoldaşları istintaqa ifadə verən zaman deyiblər ki, işin əsl təfərrüatından xəbərsiz olublar. Bildiriblər ki, Qasım Əliyev onlara arvadına ərəblər tərəfindən zor tətbiq edildiyini deyib. Onlar da dost kimi bu işdə Qasıma kömək etmək istəyiblər.

O da məlum olub ki, bu işin bütün təfərrüatlarından Rəna Əliyeva xəbərdar olub və əri ilə belə bir plan qurub. Rəna Əliyeva iki uşaq anasıdır. O, hazırda 4 aylıq hamilədir. Bu səbəbdən də onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR